
Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasındadiplomatik əlaqələr 1992-ci il mayın 8-də qurulub. İtaliyaAzərbaycanın müstəqilliyini tanıyan ilk Qərbi Avropadövlətlərindən biri olub. 1997-ci ildə İtaliyanın Bakıda, 2003-cüildə isə Azərbaycanın Romada səfirliyi fəaliyyətə başlayıb.
Siyasi əməkdaşlıq
İki ölkə arasında münasibətlər strateji tərəfdaşlıqsəviyyəsindədir. 2020-ci il fevralın 20-də Prezident İlham Əliyevinİtaliyaya dövlət səfəri zamanı “Azərbaycan Respublikası ilə İtaliyaRespublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığıngücləndirilməsinə dair Birgə Bəyannamə” imzalanıb. Bu sənəd siyasi, iqtisadi, enerji, mədəni və humanitar sahələrdə əməkdaşlığıəhatə edir. Parlamentlərarası əlaqələr də aktivdir. Hər iki ölkəninparlamentində dostluq qrupları fəaliyyət göstərir.
İqtisadi-ticarət əlaqələri
İtaliya uzun illərdir Azərbaycanın ən böyük ticarəttərəfdaşıdır. Bunun əsas səbəbi enerji sahəsində əməkdaşlıqdır. Azərbaycan neftinin böyük hissəsi İtaliyaya ixrac olunur. 2020-ci ildə Cənub Qaz Dəhlizinin son hissəsi olan TAP – Trans-AdriatikBoru Kəməri işə düşdükdən sonra Azərbaycan İtaliyanın əsas qaztəchizatçılarından birinə çevrilib. 2023-cü ildə iki ölkə arasındaticarət dövriyyəsi 15 milyard dolları keçib. İtaliyanın 100-dən çoxşirkəti Azərbaycanda enerji, tikinti, infrastruktur, kənd təsərrüfatı və moda sahələrində fəaliyyət göstərir. SOCAR və İtaliyanın Eni, Saipem, Maire Tecnimont kimi nəhəng şirkətləri birgə layihələrhəyata keçirir.
Mədəni və humanitar əlaqələr
Mədəniyyət sahəsində də əlaqələr genişlənir. Heydər ƏliyevFondu İtaliyada bir sıra mədəni irsin bərpası layihələrinimaliyyələşdirib. Romadakı Kapitolini Muzeylərindəki “Filosoflarzalı”, Kapitoli Canavarının heykəli, Müqəddəs Sebastian katakombaları Fond tərəfindən bərpa olunub. İtaliyanın bir çoxuniversitetində Azərbaycan dili və mədəniyyəti tədris olunur. ADNSU ilə Turin Politexnik Universiteti arasında birgə bakalavrproqramı fəaliyyət göstərir. 2018-ci ildə Bakıda İtaliya-AzərbaycanUniversitetinin yaradılması haqqında razılıq əldə olunub.
Beynəlxalq təşkilatlarda əməkdaşlıq
Hər iki ölkə BMT, ATƏT, Avropa Şurası çərçivəsindəəməkdaşlıq edir. İtaliya Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafını və ölkəmizin ərazi bütövlüyünü daimdəstəkləyib.
Sonda hesab edirəm ki, Azərbaycan-İtaliya münasibətləriyalnız dövlətlər arasında deyil, xalqlar arasında da dostluqkörpüsüdür. Enerji sahəsindəki strateji əməkdaşlıqla yanaşı, təhsilvə mədəniyyət mübadiləsi gənc nəslin dünyagörüşününformalaşmasında mühüm rol oynayır. Bir müəllim kimişagirdlərimə bu tərəfdaşlığın əhəmiyyətini aşılamağı özümə borcbilirəm.
İradə Musayeva,
Xətai rayon təşkilatının fəalı



