AnalitikaGündəmSiyasət

Strateji tərəfdaşlığa dair imzalanan iki bəyənnamə

Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında münasibətlər son illərdə dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu əlaqələr siyasi, iqtisadi, enerji, mədəni və humanitar sahələri əhatə etməklə hər iki ölkənin milli maraqlarına xidmət edən mühüm əməkdaşlıq modelinə çevrilmişdir.
İkitərəfli münasibətlərin əsasını qarşılıqlı hörmət, suverenlik və ərazi bütövlüyünün tanınması prinsipləri təşkil edir. Bu münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçidində 2014-cü və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlığa dair bəyannamələr xüsusi əhəmiyyət kəsb edir.Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq çoxşaxəli və davamlı inkişaf edən münasibətlər sistemidir. İmzalanmış bəyannamələr və həyata keçirilən layihələr bu əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyini göstərir. Bu münasibətlər yalnız iki ölkə üçün deyil, həm də regional və beynəlxalq əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır.

Giorgia Meloninin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin daha da möhkəmləndiyini bir daha nümayiş etdirmişdir. Bu səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlərdə siyasi dialoqun inkişafı, iqtisadi əməkdaşlığın genişləndirilməsi və xüsusilə enerji sahəsində strateji tərəfdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunmuşdur. Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın artırılmasına hazır olduqlarını ifadə etmiş, yeni layihələrin həyata keçirilməsi istiqamətində razılıqlar əldə etmişlər.İtaliya hökumətinin rəhbərinin Bakıya gəlişi ölkələrimiz arasında əlaqələrin yalnız iqtisadi deyil, eyni zamanda siyasi və strateji müstəvidə də yüksək səviyyədə olduğunu göstərir. 

Mahiyə Nəsibova Ağali qızı,
YAP Xətai rayon təşkilatnın fəalı

Bakı şəhəri 24 nömrəli tam ümumtəhsil məktəbinin Azərbaycan dili müəllimi

 

Oxşar Xəbərlər

Back to top button