Sosial

5 saylı Bakı “ASAN xidmət” mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

5 saylı Bakı “ASAN xidmət” mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

“Aktualinfo Media Qrup” xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Daha sonra Ulu Öndər Heydər Əliyev, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbir çərçivəsində Ümummilli Liderin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib. Ardınca çıxış edən 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin direktor müavini İlkin Quluzadə, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov və digər natiqlər Heydər Əliyevin Azərbaycan tarixində müstəsna rolunu vurğulayıblar. Qeyd edilib ki, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkəmiz çətin sınaqlardan uğurla çıxaraq sabitlik və inkişaf mərhələsinə qədəm qoyub, möhkəm dövlətçilik ənənələri formalaşıb.

Sonda tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

Oxşar Xəbərlər

Back to top button