AnalitikaGündəmSiyasət

Azərbaycan idmançılarının ləyaqət prinsipi: mübarizə, ədalət və beynəlxalq arenada davranış mədəniyyəti

İlham Əliyev tərəfindən vurğulanan əsas məqamlardanbiri Azərbaycan idmançılarının yalnız idman nəticələriilə deyil, həm davranış mədəniyyəti ləyaqətlimövqeyi ilə fərqlənməsidir. Bu yanaşma ölkəmizdəidmanın təkcə rəqabət deyil, həm yüksək mənəvidəyərlər sistemi olduğunu göstərir.

İdman yarışlarında qazanılan qələbələr qədər önəmliolsa da, əsl idmançı obrazı həm mübarizə meydanında, həm ondan kənarda özünü necə aparması iləformalaşır. Azərbaycan idmançılarının bu baxımdannümayiş etdirdiyi nümunəvi davranış beynəlxalqidman ictimaiyyəti tərəfindən diqqətlə izlənir yüksək qiymətləndirilir. Ləyaqət, təmkin intizamidmançının peşəkar kimliyinin ayrılmaz hissəsinəçevrilir.

Bununla yanaşı, beynəlxalq yarışlarda bəzən hakimqərarları ya ədalətsiz yanaşmalarla bağlı müxtəlifvəziyyətlər yaranır. Belə hallarda idmançınınreaksiyası onun həm peşəkarlığını, həm şəxsiyyətinigöstərir. Ədalətsizlik hiss olunsa belə, soyuqqanlılıq qaydalara sadiqlik idman mədəniyyətinin ən vacibelementlərindən biri kimi qəbul edilir. Azərbaycanidmançılarının bu cür situasiyalarda nümayiş etdirdiyidavranış onların yüksək hazırlıq səviyyəsinitəsdiqləyir.

Beynəlxalq təcrübə göstərir ki, müxtəlif yarışlarda, xüsusilə Avropa miqyasında, subyektiv qərarların qeyri-bərabər yanaşmaların mövcudluğu istisnaedilmir. Azərbaycan idmançılarına qarşı da beləhalların zaman-zaman müşahidə olunması idmanictimaiyyətində diqqət çəkən məqamlardan biridir. Lakin bu kimi çətinliklər idmançıların mübarizəruhunu zəiflətmir, əksinə, onların daha damöhkəmlənməsinə təcrübə qazanmasına səbəb olur.

Azərbaycanın beynəlxalq idman arenasında uğurlarınınartması bəzi hallarda rəqabətin daha dagərginləşməsinə gətirib çıxarır. Bu isə təbii olaraqmüxtəlif reaksiyaların yaranmasına səbəb ola bilər. Lakin əsas məsələ idmançının bu mühitdə özmövqeyini qoruması, emosiyalarını idarə etməsi peşəkarlıq çərçivəsindən çıxmamasıdır.

Ölkə idmanında formalaşmış əsas prinsiplərdən biri məhz budur: nəticədən asılı olmayaraq, davranışmədəniyyəti hər zaman qorunmalıdır. Bu prinsipidmançının həm yarış meydanında, həm gündəlikhəyatda ölkəsini təmsil edən bir sima olduğunuxatırladır. Ona görə hər bir idmançı üçün ləyaqət məsuliyyət anlayışı qələbədən heç az əhəmiyyətdaşımır.

Azərbaycan idman məktəbi bu dəyərləri gənc nəsiləötürməyi əsas məqsədlərindən biri kimi qəbul edir. Məşq prosesində yalnız fiziki hazırlıq deyil, həm etik davranış, rəqibə hörmət idman prinsiplərinəsadiqlik xüsusi diqqət mərkəzində saxlanılır. Buyanaşma nəticəsində formalaşan idmançılar beynəlxalqarenada təkcə güclü rəqib kimi deyil, həm mədəni ləyaqətli nümayəndə kimi tanınırlar.Azərbaycanidmançılarının uğuru yalnız medal qələbələrləölçülmür. Əsas göstəricilərdən biri onların davranışmədəniyyəti, ədalətsiz situasiyalarda nümayiş etdirdiyitəmkin ölkəni layiqincə təmsil etmə bacarığıdır. Budəyərlər Azərbaycan idmanının beynəlxalq aləmdənüfuzunu daha da gücləndirir gələcək nəsillər üçünmöhkəm mənəvi baza yaradır.

Şəbnəm Saracova,
YAP Xətai rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button