GündəmSosial

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

2026-cı il aprelin 28-də Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının, Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin birgə təşkilatçılığı ilə Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü oldönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın, ərazi bütövlüyümüz və suverenliyimiz uğrundan canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in akt zalında keçirilən tədbirdə giriş sözü ilə çıxış edən direktor Məcid Əliyev akademik Zərifə Əliyevanın zəngin həyat yolu, tibb elminə verdiyi mühüm töhfələr və xüsusilə oftalmologiya sahəsində qazandığı nailiyyətlər barədə ətraflı məlumat verib. Bildirib ki, Zərifə Əliyevanın elmi fəaliyyəti və insanlara olan qayğıkeş münasibəti bu gün də səhiyyə işçiləri üçün örnəkdir.

YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov çıxış edərək, Zərifə Əliyevanın Azərbaycan tibb elminə verdiyi töhfələrlə yanaşı, fədakar ana, qayğıkeş həyat yoldaşı olmasından bəhs edibonun irsinin daim yaşadılmasının vacibliyini qeyd edib. Bildirib ki, Zərifə xanım Əliyeva Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətlər göstərmiş, xüsusilə oftalmologiya sahəsində əldə etdiyi uğurlarla həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə böyük nüfuz qazanmışdır. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı kimi də Zərifə xanım daim dövlətçilik ideyalarına sadiq olmuş, ailə dəyərlərinin qorunmasında və cəmiyyətə örnək olacaq bir həyat tərzi nümayiş etdirmişdir.

Şəki Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sadiq Yusifov çıxış edərək, bu cür tədbirlərin keçirilməsinin görkəmli şəxsiyyətin irsinin təbliği və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Zərifə xanım Əliyevanın yüksək ixtisaslı həkim olmaqla yanaşı, həm də böyük humanist, qayğıkeş insan kimi yadda qaldığını, tibb elmindəki xidmətləri, elmi tədqiqatları, yüksək ixtisaslı həkim kadrlarının hazırlanmasında rolu və insanlara göstərdiyi diqqət və qayğını diqqətə çatdırıb.

Sonra xəstəxananın həkimləri çıxış edərək, akademikin elmi irsi, yüksək mənəvi keyfiyyətləri və Azərbaycan səhiyyəsinin inkişafındakı rolundan danışıblar. Çıxışlarda vurğulanıb ki, onun fəaliyyəti yalnız tibb sahəsi ilə məhdudlaşmayıb, həm də gələcək nəsillərin yetişməsində mühüm əhəmiyyət kəsb edib.

Sonda akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Oxşar Xəbərlər

Back to top button