Elm və TəhsilMaraqlıSosial
Trend

Nizami rayonunda Bilik yarışı keçirilib

Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin və görkəmli alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə Bilik yarışı keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, yarışda rayonun 25 təhsil müəssisəsini təmsil edən komandalar iştirak ediblər. Üç mərhələdən ibarət olan yarışda ümumi xal çoxluğu prinsipi ilə qaliblər müəyyənləşdirilib. Yekun nəticəyə əsasən yarışın qalibi 70 saylı orta məktəbin kollektivi olub. İkinci və üçüncü yerləri isə müvafiq olaraq 250 saylı orta məktəbin və Kimya və biologiya təmayüllü Respublika liseyinin komandaları qazanıblar.

Yarışın Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan qaliblərinin mükafatlandırılması mərasimində Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Kimya və biologiya təmayüllü Respublika liseyinin həkim-pediatrı Həmidə Əliəfsərova çıxış ediblər.

Sonra yarışın qaliblərinə kubok, medallar, hədiyyələr və diplomlar təqdim edilib.

Oxşar Xəbərlər

Back to top button