GündəmSosial

Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı Şəkidə məktəblilər arasında “Nə? Harada? Nə zaman?” oyunu keçirilib.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Şəki rayon təşkilatının sədr müaviniZiya Vəliyev müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri, Yeni Azərbaycan Partiyasının yaranması və fəaliyyəti haqqında qısa məlumat verib. Bildirib ki, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişdirilməsində Ulu Öndərimizin müstəsna rolu və misilsiz xidmətləri olub. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında gənclərin təhsili, intellektual inkişafı və potensialının üzə çıxarılması sahəsində həyata keçirilən uğurlu dövlət siyasətinin məhz Ulu Öndərimizin müəyyən etdiyi strateji kursun davamı olduğunu vurğulayıb. Sədr müavini tədbirin keçilməsində əsas məqsədin Ulu öndər Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi və irsinin daha da dərindən öyrənilməsi olduğunu, bu cür tədbirlərin keçirilməsinin gənc nəslin dünyagörüşünün formalaşması, onların bilik və bacarıqlarının inkişafı baxımından olduqca mühüm əhəmiyyət kəsb etdiyiniqeyd edərək, yarış iştirakçılarına uğurlar arzulayıb.

Şəki Dövlət Regional Kollecin direktor müavini Rafiq Səmədovçıxış edərək Ulu Öndər Heydər Əliyevin təhsilin inkişafına verdiyi töhfələrdən danışıb. Qeyd olunub ki, Ulu Öndərin irsinin öyrənilməsi və təbliğ edilməsi hər bir vətəndaşın borcudur və belə tədbirlərin də keçirilməsi məhz bu məqsədə xidmət edir. İntellektual oyunda iştirak edən şagirdlərə uğurlar arzulayan direktor müavini bu tədbirin digər məqsədinin də məktəb və şagirdlər arasında daha sıx əlaqələrin qurulması olduğunu bildirib.

İntellektual oyunun koordinatoru, Peşə təmayüllü siniflər layihəsinin nümayəndəsi Kamran İsayev layihə və oyunun qaydaları haqqında iştirakçılara məlumat verib.

10 komandanın iştirak etdiyi intellektual oyun ədalətli, şəffaf və maraqlı mübarizə şəraitində keçirilib, yekunda Şəki şəhər 12 nömrəli tam orta məktəbin komandası birinci, Şəki şəhər 7 nömrəli tam orta məktəbin komandası ikinci, Qoxmuq kənd tam orta məktəbin komandası isə üçüncü olub.

Sonda yer tutan komandalara diplom və medallar, qalib komandaya kubok təqdim edilib.

Oxşar Xəbərlər

Back to top button