
Aktualinfo Media Qrup xəbər verir ki, bu gün Vətən müharibəsinin şəhidi Mailov Rafael İlqar oğlunun doğum günündə əziz xatirəsi yad olunub. Bununla əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının, Keşlə Bələdiyyəsinin rəhbərliyi və əməkdaşları, ictimaiyyət nümayəndələri şəhidin Keşlə qəsəbəsində Şəhidlər Xiyabanında məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.







