GündəmSosial

Nəsimi rayonunda Vətən müharibəsi şəhidinin xatirəsi ehtiramla anılıb

Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.

Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.

YAP Nəsimi rayon təşkilatının rəhbərliyinin, Nəsimi rayon İcra Hakimiyyətinin, Nəsimi rayon Polis İdarəsinin, rayon ictimaiyyətinin və şəhidlərin ailə üzvlərinin iştirakı ilə Vətən müharibəsi Şəhidi Məmmədov Azad Tahir oğlunun şəhadət günündə əziz xatirəsi dərin hörmət və ehtiramla yad olundu, məzarları üzərinə gül-çiçək dəstələri düzüldü.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Oxşar Xəbərlər

Back to top button