AnalitikaGündəmSiyasət

Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə: Azərbaycanın sülh, birlik və əməkdaşlıq mesajı

2026-cı il oktyabrın 27-də Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin çıxışı ölkəmizin milli-mənəvi dəyərlərini, multikulturalizm ənənələrini, müstəqil dövlətçilik mövqeyini və beynəlxalq əməkdaşlığabaxışını əks etdirən mühüm mesajlarla yadda qaldı.

Dünyanın müxtəlif ölkələrindən nümayəndələri bir araya gətirən Forummədəniyyətlər və dinlər arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, qlobalproblemlərin müzakirəsi və ortaq gələcək naminə əməkdaşlığın genişləndirilməsibaxımından mühüm beynəlxalq platformadır. Prezident İlham Əliyevin çıxışındaAzərbaycanın bu prosesdə oynadığı rol, tarixən formalaşmış tolerantlıq ənənələri vəsülhə əsaslanan gələcək quruculuğuna verdiyi əhəmiyyət xüsusi vurğulandı.

Azərbaycan – müxtəlif mədəniyyətləri birləşdirən mənəvi körpü

Azərbaycan tarixən Şərqlə Qərbin, Asiya ilə Avropanın qovuşduğu, müxtəlifmədəniyyətlərin qarşılıqlı əlaqədə inkişaf etdiyi məkanlardan biri olub. Xalqımızın əsrlərboyu qoruyub saxladığı dini və etnik dözümlülük, qarşılıqlı hörmət və birgəyaşayışənənələri bu gün də cəmiyyətimizin mənəvi əsaslarını təşkil edir.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, ölkəmizdə müxtəlif etnik və diniqrupların nümayəndələri bərabər hüquqlara malikdir və vahid cəmiyyətin üzvləri kimiyaşayırlar. Bu birlik Azərbaycanın sabitliyinin və davamlı inkişafının mühüm amillərindənbiridir.

Multikulturalizm Azərbaycan üçün yalnız nəzəri anlayış deyil, gündəlik həyatımızdatəzahür edən mənəvi dəyərdir. Müxtəlifliyə hörmət, fərqli inanclara anlayışla yanaşmaqvə milli birliyi qorumaq cəmiyyətimizin gücünü müəyyənləşdirən əsasxüsusiyyətlərdəndir.

Milli birlik və azərbaycançılıq ideyası

Prezidentin çıxışında xüsusi yer tutan məsələlərdən biri azərbaycançılıq ideyası vəmilli həmrəylik oldu. Azərbaycan xalqını birləşdirən bu ideya müxtəlif etnik və dinimənsubiyyətə malik insanların vahid dövlətçilik məqsədləri ətrafında birləşməsini ifadəedir.

Tarixin çətin sınaqlarından keçən xalqımız milli kimliyini, dilini, adət-ənənələrini vəmənəvi dəyərlərini qoruyub saxlayıb. Müstəqilliyin bərpasından sonra isə bu dəyərlərininkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi dövlət siyasətinin mühümistiqamətlərindən birinə çevrilib.

44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirilən birlik və həmrəylikxalqımızın milli iradəsinin, Vətənə bağlılığının və dövlətçilik əzminin parlaq ifadəsi oldu. “Dəmir yumruq” rəmzi altında birləşən Azərbaycan xalqı öz ərazi bütövlüyünün bərpasıistiqamətində tarixi Qələbəyə nail oldu.

Bu gün milli birlik yalnız keçmişin qəhrəmanlıq səhifələrini xatırlamaq deyil, həmdə müstəqil Azərbaycanın gələcəyini birgə qurmaq məsuliyyətidir.

Müstəqillik, suverenlik və tarixi ədalətin bərpası

Prezident İlham Əliyev çıxışında Azərbaycanın müstəqillik illərində keçdiyimürəkkəb inkişaf yoluna da toxundu. Dövlət müstəqilliyinin bərpası xalqımızın öztaleyini müstəqil müəyyənləşdirmək, milli maraqlarını qorumaq və gələcəyini qurmaqimkanlarını genişləndirdi.

Uzun illər ərzində Ermənistanın işğalı altında qalan ərazilərimizin azad edilməsiAzərbaycanın müasir tarixinin ən mühüm hadisələrindən biridir. 2020-ci ildə Vətənmüharibəsində qazanılan Qələbə və 2023-cü ildə həyata keçirilən antiterror tədbirlərinəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu.

Dövlət başçısı beynəlxalq hüququn norma və prinsiplərinin, xüsusilə dövlətlərinərazi bütövlüyünə hörmətin əhəmiyyətini vurğuladı. Eyni zamanda, beynəlxalqtəşkilatların qəbul etdikləri qərarların icra mexanizmlərinin gücləndirilməsinin vacibliyinədiqqət çəkdi.

Bu məqam bir daha göstərir ki, beynəlxalq münasibətlərdə ədalət, hüquqbərabərliyi və bütün dövlətlərə eyni prinsiplərlə yanaşılması davamlı sülhün əsasşərtlərindəndir.

Müharibədən sülhə: gələcəyə açılan yeni yol

Çıxışın diqqətçəkən istiqamətlərindən biri Azərbaycan-Ermənistanmünasibətlərinin gələcəyi və sülhün əhəmiyyəti idi. Prezident İlham Əliyevmüharibələrin dayandırılmasının mürəkkəbliyini qeyd edərək, qazanılmış Qələbədənsonra sülhə üstünlük verilməsinin vacibliyini vurğuladı.

Azərbaycanın sülh təşəbbüsləri regionda yeni münasibətlər sistemininformalaşması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməkdaşlıq imkanlarınıngenişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Müasir dünyada münaqişələrin həlli yalnız hərbi qarşıdurmaların dayandırılması iləməhdudlaşmamalıdır. Davamlı sülhün təmin edilməsi üçün tərəflər arasında etimadınqurulması, beynəlxalq hüquqa hörmət və gələcək nəsillərin təhlükəsiz şəraitdəyaşamasına imkan verən münasibətlərin formalaşdırılması vacibdir.

Azərbaycanın təcrübəsi göstərir ki, dövlət suverenliyinin qorunması ilə sülh vəəməkdaşlıq təşəbbüslərinin irəli sürülməsi bir-birini tamamlayan istiqamətlərdir.

İkili standartlara qarşı ədalətli beynəlxalq münasibətlər

Prezidentin çıxışında beynəlxalq münasibətlərdə ikili standartların aradanqaldırılması məsələsi də mühüm yer tutdu. Dövlətlərə münasibətdə beynəlxalq hüququnnorma və prinsiplərinin seçici şəkildə tətbiq olunması ədalətə və beynəlxalqəməkdaşlığa olan inamı zəiflədir.

Beynəlxalq təşkilatların qərarları yalnız qəbul edilməklə kifayətlənməməli, onlarınicrası da təmin olunmalıdır. Dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilseçimlərinə hörmət qarşılıqlı münasibətlərin əsasını təşkil etməlidir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, dövlətlər arasında münasibətlərqarşılıqlı hörmətə, bərabərhüquqluluğa və daxili işlərə qarışmamaq prinsipinəəsaslanmalıdır. Bu prinsiplərin qorunması beynəlxalq müstəvidə etimadın artmasına vəmünaqişələrin azalmasına töhfə verə bilər.

Azərbaycanın beynəlxalq nüfuzu və əməkdaşlıq imkanları

Forumda Azərbaycanın beynəlxalq əlaqələri, iqtisadi potensialı, enerjitəhlükəsizliyində və nəqliyyat bağlantılarında rolu da diqqətə çatdırıldı. Ölkəmizinmüxtəlif dövlətlərlə əməkdaşlığı, beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və regionaləlaqələrin inkişafında iştirakı onun beynəlxalq münasibətlər sistemindəki mövqeyininümayiş etdirir.

Azərbaycanın coğrafi mövqeyi, müasir infrastrukturu və həyata keçirdiyi iqtisadilayihələr Şərqlə Qərb arasında əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar yaradır.

Bununla yanaşı, beynəlxalq əməkdaşlığın yalnız iqtisadi maraqlarlaməhdudlaşmaması, mədəni və humanitar əlaqələrlə də möhkəmləndirilməsi vacibdir. Məhz bu baxımdan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanınqlobal həmrəyliyə verdiyi töhfənin mühüm ifadəsidir.

Mədəniyyətlərarası dialoq – ortaq gələcəyin təminatı

Prezident İlham Əliyevin Forumdakı çıxışı bir daha göstərdi ki, mədəniyyətlərarasıdialoq müasir dünyanın qarşısında duran problemlərin həllində mühüm vasitədir. Fərqlimədəniyyətlərə, dinlərə və dünyagörüşlərinə malik insanların bir-birini anlaması, ortaqdəyərlər ətrafında əməkdaşlıq etməsi sülhün və sabitliyin möhkəmləndirilməsinə xidmətedir.

Mədəniyyət yalnız keçmişdən miras qalan irs deyil, həm də gələcək nəsilləribirləşdirən, xalqlar arasında qarşılıqlı anlaşmanı gücləndirən mənəvi körpüdür. Tarixi vəmədəni irsin qorunması, milli-mənəvi dəyərlərin təbliği, gənclərin vətənpərvərlik ruhundatərbiyəsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Heydər Əliyev Mərkəzləri də bu istiqamətdə mühüm rol oynayaraq ÜmummilliLider Heydər Əliyevin zəngin irsinin, azərbaycançılıq ideologiyasının, milli-mənəvidəyərlərin və dövlətçilik ənənələrinin təbliğinə töhfə verir.

Nəticə etibarilə, Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası DialoqForumu Azərbaycanın dünyaya ünvanladığı mühüm mesajı ön plana çıxardı: qarşılıqlıhörmət, milli-mənəvi dəyərlərə sədaqət, beynəlxalq hüquqa ehtiram və əməkdaşlıqortaq gələcəyin əsasını təşkil edir.

Mədəniyyətlərin dialoqu xalqları bir-birinə yaxınlaşdırır, qarşılıqlı anlaşma etimadıgücləndirir, birlik və həmrəylik isə daha təhlükəsiz, ədalətli və sülhsevər dünyanınqurulmasına yol açır.

 

Aytən İmanova,
YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktöru

Oxşar Xəbərlər

Back to top button