GündəmSosial

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənabİlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəligələn məsələlər

 YAP Binəqədi rayon təşkilatının səhiyyə sahəsi üzrə ərazi partiya təşkilatlarında (9-cu mikrorayon M.Cəlal küçəsi 131, 6-cı mikrorayon İ.Həşimovküçəsi bina 1, 6-cı mikrorayon Cavadxan küçəsi 32/15) müzakirə olunub. Səhiyyə müəssisələrində keçirilən müşavirələrdə qurultayın tarixi və siyasi əhəmiyyəti xüsusi vurğulanıb.

Keçirilən tədbirlərdə qeyd olunub ki, tibb müəssisələrində çalışan partiya fəallarıqurultayda qarşıya qoyulan vəzifələri və strateji xətti öz fəaliyyətlərinin ana xəttinəçeviriblər. Qurultaydan sonrakı dövr göstərir ki, Azərbaycanın tibb ictimaiyyəti YAP-ın milli inkişaf və tərəqqi kursunu tam dəstəkləyir. Səhiyyə işçiləri həm insanların sağlamlığının keşiyində durmaqla, həm də ictimai-siyasi proseslərdə fəal mövqe nümayiş etdirməklə güclü və müasir Azərbaycanın qurulmasına öz əməli töhfələrini verməkdə davam edirlər.

Tədbirlərdə çıxış edən partiya fəalları və tibb mütəxəssisləri bəyan ediblər ki, Azərbaycanın suverenliyinin tam bərpasından sonra keçirilən bu ilk qurultaysəhiyyə sahəsi üçün də yeni çağırışlar formalaşdırıb. Səhiyyə sahəsində çalışanpartiya üzvlərinin qarşısında duran əsas hədəflər kimi əhaliyə göstərilən tibbixidmətin keyfiyyətinin davamlı şəkildə artırılması, vətəndaş məmnuniyyətinintəmin edilməsi və idarəetmədə müasir texnologiyaların tətbiqi ön plana çəkilib.

Müzakirələrdə iştirak edən həkimlər və orta tibb heyəti qurultaydamüəyyənləşdirilən yol xəritəsinə uyğun olaraq, milli səhiyyə sisteminin daha dagüclənməsinə və xalqın sağlamlığının etibarlı şəkildə qorunmasına daxili nizam-intizam və yüksək peşəkarlıqla töhfə verəcəklərini bildiriblər.

Oxşar Xəbərlər

Back to top button