DünyaGündəm

Zelenskidən ABŞ-nin qərarına

“Ukrayna rəhbərliyi və ABŞ arasında Kiyevin silahlarla təchizatı məsələsinin bütün detalları dəqiqləşdirilir”.

Aktualinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.

“İndi Ukrayna və ABŞ arasında hava hücumundan müdafiə komponenti də daxil olmaqla müdafiə dəstəyinin tədarükü ilə bağlı bütün detallar dəqiqləşdirilir. Əks halda biz xalqımızın müdafiəsini təmin etməliyik”, – deyə o qeyd edib.

Zelenskinin sözlərinə görə, tərəflər xüsusilə hava hücumundan müdafiə sistemlərinin tədarükünü müzakirə ediblər.

Xatırladaq ki, ABŞ Kiyevə bəzi silahların tədarükünü dayandırmaq qərarı verib.

Oxşar Xəbərlər

Back to top button