DünyaGündəm

“Bu məsələ artıq bağlanıb” – Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini müzakirə etmədiyini, lakin F-35 təyyarələri haqda danışdığını bildirib.

Aktualinfo.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

“Trampla görüşümüz zamanı S-400-ü müzakirə etmədik. Bu, gündəmimizdə deyildi, məsələ artıq bağlanıb və bitmiş sövdələşmədir. Biz F-35 məsələsini müzakirə etdik”, – Türkiyə lideri qeyd edib.

Ərdoğan xatırladıb ki, Türkiyə F-35 layihəsi çərçivəsində təxminən 1,3-1,4 milyard dollar ödəniş edib: “Bu təyyarələri almağımıza gəlincə, Trampın bununla bağlı xoş niyyətli olduğunu gördük. Rəsmilərimiz F-35-lərin alınması, həmçinin F-16-larımızın texniki xidməti və təmiri ilə bağlı işləri davam etdirirlər”.

O, əlavə edib ki, Ankara “Eurofighter” qırıcılarının alınması mövzusunda işi davam etdirir.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button