
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının “Məhsəti Gəncəvi küçəsi, 1” ünvanı üzrə fəaliyyət göstərən ərazi partiya təşkilatında görüş keçirilib.
Görüşdə Zəngi Liseyinin direktoru vəzifəsinə yeni təyin olunmuş Zəhra Əkbərova təbrik edilib, ona yeni vəzifəsində uğurlar arzulanıb. Həmçinin ərazi partiya təşkilatının fəaliyyəti, partiya işinin daha da gücləndirilməsi və üzvlərin fəallığının artırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Aktualinfo Media Qrup xəbər verir ki, tədbirdə YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Zəngi Liseyinin direktoru Zəhra Əkbərova və digər iştirakçılar çıxış ediblər.
Çıxışlarda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun əhəmiyyəti, partiyanın dövlətçilik ənənələrinin möhkəmləndirilməsində rolu vurğulanıb. Təhsil müəssisələrində milli-mənəvi dəyərlərin, dövlətçilik düşüncəsinin və vətənpərvərlik ruhunun aşılanmasının, ideoloji təhlükəsizliyin təmin olunmasının, gənclərin milli kimlik və Azərbaycançılıq ideologiyası əsasında yetişdirilməsinin vacibliyi qeyd edilib.
Görüşün sonunda keçirilən səsvermənin nəticəsinə əsasən, Əkbərova Zəhra Qafil qızı yekdilliklə “Məhsəti Gəncəvi küçəsi, 1” ərazi partiya təşkilatının sədri seçilib.
Yeni təyinat münasibətilə Zəhra Əkbərovaya təbriklər çatdırılıb, ona həm pedaqoji, həm də ictimai-siyasi fəaliyyətində uğurlar arzulanıb.




