
20 noyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Mədəniyyət işçiləri” və “Mərkəzi Xəstəxana” Ərazi Partiya Təşkilatlarından olan fəalların iştirakı ilə partiyanın təsis edilməsinin 34-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının keçdiyi 34 illik yol yalnız siyasi fəaliyyətin tarixçəsi deyil, həm də Azərbaycanın inkişaf, tərəqqi və Zəfər salnaməsidir. Bu illər ərzində ölkəmiz iqtisadi, siyasi və sosial sahələrdə böyük nailiyyətlər əldə edib. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, beynəlxalq mövqelərin gücləndirilməsi, sosial rifahın yüksəldilməsi və milli maraqların qorunması istiqamətində mühüm addımlar atılıb.
Tədbirdə çıxış edən digər natiqlər – “Mədəniyyət işçiləri” Ərazi Partiya Təşkilatının fəal üzvləri Alidə Yolçuyeva, Aysel Ağakişiyeva, Leyla Bayramova, Səidə Quliyeva və “Mərkəzi Xəstəxana” Ərazi Partiya Təşkilatının fəal üzvü Sara Mirzəyeva bildiriblər ki, bu gün Yeni Azərbaycan Partiyasının fəaliyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsində davam edir. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan regionun güclü dövlətlərindən birinə çevrilib. Ölkəmizin beynəlxalq nüfuzu artıb, iqtisadi potensialı güclənib, strateji əhəmiyyətli layihələr həyata keçirilib. Bütün bu nailiyyətlər Azərbaycanın müstəqil və müasir dövlət kimi mövqeyini daha da möhkəmləndirib.




