AnalitikaGündəmSiyasət

Ağdam – milli yaddaşımızın, mədəniyyətimizin və dövlətçilik iradəmizin simvolu

Ağdam Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yer tutan şəhərlərimizdəndir. Bu şəhər özünün zəngin mədəni irsi, qədim memarlıq nümunələri, muğam ənənələri və Qarabağın ictimai həyatındakı mühüm mövqeyi ilə seçilir.
Ağdam deyəndə ilk növbədə Qarabağın tarixi, milli-mənəvi dəyərlərimiz, Pənahəli xanın adı ilə bağlı tarixi məkanlar və doğma torpaq həsrəti yada düşür. Şəhərin tarixi abidələri xalqımızın əsrlər boyu formalaşmış mədəniyyətinin canlı nümunələridir.
İşğal illərində Ağdamın tarixi simasına ciddi zərbə vurulmuş, mədəniyyət abidələri dağıdılmış, şəhərin böyük hissəsi xarabalığa çevrilmişdir. Lakin bütün bu çətinliklər xalqımızın doğma torpağa bağlılığını və milli irsimizi qorumaq əzmini sarsıda bilmədi.

20 Noyabr – Ağdam Şəhəri Günü bizə bir daha xatırladır ki, Vətən yalnız torpaq deyil, həm də tariximiz, mədəniyyətimiz, xatirələrimiz və gələcəyimizdir.
Ağdam Azərbaycanın qəhrəmanlıq salnaməsində özünəməxsus yeri olan şəhərdir. Onun dirçəlişi xalqımızın birliyinin, dövlətimizin gücünün və milli iradəmizin təntənəsidir.

Elçin İbrahimov,
YAP Şabran rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button