
Azərbaycan xalqının yaddaşında elə tarixlər var ki, onlar yalnız təqvim günü deyil, bütöv bir xalqın mübarizəsinin, səbrinin və qələbə əzminin təcəssümüdür. 20 Noyabr – Ağdam Şəhəri Günü məhz belə əlamətdar tarixlərdəndir.
1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Ağdam şəhəri uzun illər düşmən tapdağı altında qaldı. İşğal dövründə şəhərin tarixi-mədəni irsinə, yaşayış məntəqələrinə və infrastrukturuna ciddi ziyan vuruldu. Ağdamın sakinləri doğma torpaqlarından uzaqda yaşamağa məcbur oldular. Buna baxmayaraq, ağdamlılar öz doğma yurdlarına qayıtmaq ümidini heç vaxt itirmədilər.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu tarixi Zəfərə imza atdı. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarıldı.
Cavani Babayev,
YAP Şabran rayon təşkilatının sədr müavini



