AnalitikaGündəmSiyasət

Azərbaycan – Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ

Azərbaycan Respublikasının beynəlxalq münasibətlərsistemində mövqeyinin möhkəmlənməsi, xariciəlaqələrinin coğrafiyasının genişlənməsi və müxtəlifdövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın inkişafetdirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyiməqsədyönlü siyasətin əsas istiqamətlərindəndir. Azərbaycanın regional və beynəlxalq proseslərdə etibarlıtərəfdaş kimi nüfuzunun daha da artması, Avropadövlətləri ilə, o cümlədən, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi çoxşaxəli xarici siyasətin nailiyyətlərindən biri kimi qeyd olunmalıdır.

2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin imzalanması iki ölkə arasında münasibətlərin tarixində mühüm siyasi hadisə olmaqla, gələcək əməkdaşlığın prioritetlərini və inkişaf istiqamətlərini müəyyənləşdirdi. Bu sənəd Azərbaycan – Böyük Britaniya əlaqələrinin mövcud potensialını daha səmərəli reallaşdırmaq, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı genişləndirmək və münasibətləri uzunmüddətli strateji hədəflər əsasında inkişaf etdirmək baxımından xüsusi əhəmiyyət daşıyır.

Bəyannamənin siyasi və hüquqi əsasını iki ölkə arasında uzun illər ərzində formalaşmış dostluq və əməkdaşlıq münasibətləri təşkil edir. 1994-cü il fevralın23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında BirgəBəyannamə, eləcə də 1998-ci il iyulun 21-də qəbul edilmişDostluq Münasibətləri və Tərəfdaşlıq haqqında BirgəBəyannamə ikitərəfli əlaqələrin inkişafında mühümmərhələlər olmuşdur. Müstəqilliyinin ilk illərindənAzərbaycanla əməkdaşlığa xüsusi önəm verən BöyükBritaniya ölkəmizin iqtisadi inkişafında, xüsusilə enerjisektorunda mühüm tərəfdaşlardan birinə çevrilmişdir. YeniBirgə Bəyannamə isə bu tarixi təməllər üzərində qurulanmünasibətləri daha geniş sahələri əhatə edən stratejitərəfdaşlıq mərhələsinə daşıyır.

Sənədin mühüm siyasi əhəmiyyəti ondan ibarətdir ki, tərəflər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə vəbeynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilədövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünəvə beynəlxalq səviyyədə tanınmış sərhədlərinintoxunulmazlığına hörmətlə bağlı mövqelərini bir dahatəsdiqləyirlər. Bu müddəalar Azərbaycanın xaricisiyasətinin fundamental prinsipləri ilə tam uzlaşır. Dövlətimizin beynəlxalq hüquqa əsaslanan mövqeyininbelə mühüm sənəddə təsbit olunması ölkəmizinsuverenliyinə və ərazi bütövlüyünə hörmətin ikitərəflimünasibətlərin əsas prinsiplərindən biri olduğunu nümayişetdirir.

Bəyannamədə Cənubi Qafqazda davamlı sülhün vəsabitliyin təmin olunmasına da xüsusi diqqət yetirilir. 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Zirvəsininəhəmiyyəti vurğulanır, Azərbaycan və Ermənistanarasında münasibətlərin normallaşdırılması istiqamətindəatılan sonrakı addımlar alqışlanır. Böyük Britaniyanın buprosesə, xüsusilə ikitərəfli dialoq vasitəsilə regiondadavamlı sülhün əldə olunmasına göstərdiyi dəstək birdaha təsdiqlənir. Bu yanaşma Azərbaycanın bölgədə yenisiyasi reallıqların möhkəmləndirilməsi, mehriban qonşuluqmünasibətlərinin formalaşdırılması və iqtisadi əməkdaşlıqimkanlarının genişləndirilməsi istiqamətində həyatakeçirdiyi siyasətin beynəlxalq səviyyədə dəstəklənməsibaxımından əhəmiyyətlidir.

Birgə Bəyannamənin əhatə etdiyi əsas istiqamətlərdənbiri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığıngücləndirilməsidir. Müasir dövrdə beynəlxalq təhlükəsizlikmühitinin mürəkkəbləşməsi, yeni təhdidlərin meydanaçıxması dövlətlər arasında bu sahədə əlaqələrin daha dagenişləndirilməsini zəruri edir. Sənədə əsasən, tərəflərmüdafiə potensialının artırılması, təlim və təcrübəmübadiləsi, hərbi qulluqçuların qarşılıqlı hazırlığı, müdafiəsənayesi sahəsində əməkdaşlıq imkanlarınınaraşdırılması istiqamətində birgə fəaliyyət göstərəcəklər. Bununla yanaşı, hüquq-mühafizə orqanları arasındaəlaqələrin inkişafı, sərhəd idarəçiliyi, məhkəmə və hüquqiəməkdaşlıq, institusional dayanıqlılığın gücləndirilməsi dəqarşılıqlı fəaliyyətin mühüm istiqamətləri kimimüəyyənləşdirilib. Beləliklə, əməkdaşlıq yalnız ənənəvimüdafiə məsələləri ilə məhdudlaşmır, daha geniştəhlükəsizlik prioritetlərini əhatə edir.

İki ölkə arasında münasibətlərin ənənəvi və stratejiəhəmiyyətli istiqamətlərindən biri iqtisadiyyat, ticarət vəinvestisiya sahəsidir. Azərbaycan müstəqillik əldə etdikdənsonra Böyük Britaniya ilə qurulan iqtisadi əlaqələr, xüsusilə enerji sektorunda həyata keçirilən layihələrölkəmizin beynəlxalq iqtisadi sistemə inteqrasiyasındamühüm rol oynamışdır. Müstəqilliyimizin bərpasından sonra formalaşan enerji tərəfdaşlığı Azərbaycanın iqtisadi imkanlarının genişlənməsinə, xarici investisiyaların cəlb edilməsinə və ölkəmizin Avropanın enerji təhlükəsizliyində mövqeyinin güclənməsinə əhəmiyyətli töhfə vermişdir.Prezident İlham Əliyevin Baş nazir Endi Börnhemlə görüşündə də bu məsələyə xüsusi diqqət yetirilmişdir. Dövlət başçısı ölkələrimiz arasında enerji sahəsində 30 ildən artıq davam edən uğurlu əməkdaşlığı qeyd edərək Böyük Britaniyanın Azərbaycanda Avropanın ən böyük investoru olduğunu bildirmişdir. Bu fakt Azərbaycan iqtisadiyyatına beynəlxalq investorların etimadının, ölkəmizdə yaradılmış əlverişli investisiya mühitinin və uzunmüddətli iqtisadi tərəfdaşlığın bariz göstəricisidir.

Görüş zamanı bərpaolunan enerji, yüksək texnologiyalar və süni intellekt sahələrində əməkdaşlıq üçün geniş imkanların mövcudluğu müzakirə edilmişdir.Son aylarda Böyük Britaniyadan Azərbaycana həyata keçirilən yüksəksəviyyəli rəsmi səfərlərin və aparılmış müzakirələrin əhəmiyyəti vurğulandı. Bu məqamlartərəflərin münasibətləri yalnız mövcud nailiyyətlərəsasında deyil, həm də gələcəyin iqtisadi və texnolojiçağırışlarına uyğun şəkildə inkişaf etdirmək niyyətindəolduqlarını təsdiqləyir.

Ümumilikdə, Azərbaycan Respublikası ilə BöyükBritaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasındaimzalanmış Strateji Tərəfdaşlıq haqqında BirgəBəyannamə iki dövlət arasında münasibətlərin gələcəkinkişafı üçün geniş siyasi, iqtisadi və institusional çərçivəformalaşdırır. Müdafiə və təhlükəsizlikdən ticarət vəinvestisiyaya, enerji əməkdaşlığından təhsil, elm vəinnovasiyaya qədər müxtəlif sahələri əhatə edən bu sənədtərəfdaşlığın çoxşaxəli xarakterini ortaya qoyur. Ən mühüm məqam isə ondan ibarətdir ki, Azərbaycan artıq beynəlxalq münasibətlərdə yalnız enerji və nəqliyyat layihələrinin iştirakçısı deyil, həm də regional təhlükəsizliyə, iqtisadi inteqrasiyaya və qlobal əməkdaşlığa töhfə verən etibarlı tərəfdaş kimi çıxış edir. Böyük Britaniya ilə strateji tərəfdaşlığın yeni mərhələyəyüksəlməsi bu mövqenin möhkəmlənməsinə xidmətetməklə yanaşı, Azərbaycanın beynəlxalq əlaqələrinindaha da şaxələndirilməsi istiqamətində mühümnailiyyətdir. Şübhəsiz ki, qarşılıqlı etimad, siyasi iradə vəortaq maraqlar üzərində qurulan bu əməkdaşlıq hər ikiölkənin uzunmüddətli inkişafına, iqtisadi rifahına vəbeynəlxalq mövqelərinin möhkəmlənməsinə yeni töhfələrverəcəkdir.

 

Daşqın Mikayılov,
YAP Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button