
Bu gün Azərbaycan tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının reallıqlarını yaşayır. Dövlətimizin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində 30 illik işğala son qoyuldu, tarixi ədalət bərpa edildi. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması milli Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə geniş imkanlar yaratdı. Dövlətimizin başçısı İlham Əliyev Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, ötən il Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 2025-ci ili ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan etdi. Sərəncamda da vurğulandığı kimi, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqi
Mehdi Balabəyov,
YAP Şabran rayon təşkilatının sədri



