AnalitikaGündəmSiyasət

Konstitusiyamız – müstəqilliyimizin, suverenliyimizin və milli birliyimizin rəmzi

Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın müstəqillik iradəsini, milli dövlətçilik ənənələrini və gələcəyə yönəlmiş inkişaf məqsədlərini özündə birləşdirən mühüm hüquqi sənəddir. 12 Noyabr – Konstitusiya Günü hər bir Azərbaycan vətəndaşı üçün dövlətə, qanunlara və milli dəyərlərə bağlılığın ifadəsidir.
1995-ci ildə qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının demokratik, hüquqi, dünyəvi və unitar dövlət olduğunu təsbit etmişdir. Bu sənəd xalq hakimiyyətinin əsaslarını müəyyən etməklə, dövlətin fəaliyyətinin qanun çərçivəsində həyata keçirilməsini təmin edir.
Konstitusiyamızın mühüm xüsusiyyətlərindən biri Azərbaycan xalqının milli maraqlarını və ümumbəşəri dəyərləri uzlaşdırmasıdır.

Konstitusiyaya hörmət hər bir vətəndaşın hüquqi və mənəvi borcudur. Hər birimiz qanunlara əməl etməli, öz hüquqlarımızı bilməli, başqalarının hüquq və azadlıqlarına hörmətlə yanaşmalı, cəmiyyətin inkişafında fəal iştirak etməliyik.
12 Noyabr – Konstitusiya Günü xalqımızın dövlətçilik tarixini, müstəqillik uğrunda mübarizəsini və hüquqi dövlət quruculuğu sahəsində əldə etdiyi nailiyyətləri bir daha xatırladır. Konstitusiyamız müstəqil Azərbaycanın bu günü və sabahı üçün etibarlı hüquqi təminatdır.

Simran Suleymanov,    
YAP Şabran rayon təşkilatının muhasibi

Oxşar Xəbərlər

Back to top button