AnalitikaGündəmSiyasət

Azərbaycan Respublikasının Konstitusiyası – dövlətçiliyimizin və hüquqi inkişafımızın möhkəm təməli

Azərbaycan xalqının dövlətçilik tarixində mühüm yer tutan 12 Noyabr – Konstitusiya Günü ölkəmizin hüquqi, siyasi və demokratik inkişaf yolunu əks etdirən əlamətdar tarixlərdən biridir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmişdir. Bu mühüm hadisə ölkəmizin müasir dövlətçilik tarixində yeni mərhələnin başlanğıcını qoymuşdur.
Azərbaycan Respublikasının Konstitusiyası dövlətin əsas qanunu olmaqla, ölkənin siyasi və hüquqi sisteminin əsaslarını müəyyən edir. Konstitusiyada insan və vətəndaş hüquq və azadlıqları, dövlət hakimiyyətinin təşkili, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin səlahiyyətləri, dövlətin suverenliyi və ərazi bütövlüyü kimi mühüm məsələlər öz əksini tapmışdır.

Cavani Babayev,    
YAP Şabran rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button