Dünya
Zelenski təcili iclas keçirəcək
Ukrayna Prezidenti Volodimir Zelenski yaxın vaxtlarda ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını keçirəcək.
Aktualinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı şuranın katibi Aleksey Danilov açıqlayıb.
Onun sözlərinə görə, təcili iclasın keçirilməsinə səbəb Xerson vilayətində yerləşən Kaxovka SES-də partlayışın baş verməsidir.
Xatırladaq ki, iyunun 6-na keçən gecə Rusiyanın nəzarətində olan ərazilərdə yerləşən Kaxovka SES-də partlayış baş verib. Rusiya tərəfi hadisənin Ukrayna Silahlı Qüvvələri tərəfindən törədildiyini açıqlayıb. Ukrayna isə SES-in Rusiya qoşunları tərəfindən partladıldığını iddia edir.