Gündəm

“Yaşıl İqtisadiyyatın Gənc Tədqiqatçıları” tədqiqat təlimi adlı layihənin icrasına START verilib

Azərbaycan Respublikası Gənclər Fondunun gənc nəslin fiziki, intelektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi məqsədilə 23 noyabr 2023 – 10 yanvar 2024-cü il tarixlərində keçirilmiş “İdeyanı Reallaşdır 2023” gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsi çərçivəsində “Yaşıl İqtisadiyyatın Gənc Tədqiqatçıları” tədqiqat təlimi adlı layihənin icrasına start verilmişdir.

Aktualinfo.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) əsas tərəfdaşlığı, Azrbaycan Dövlət İqtisad Uniersiteti (UNEC) Tələbə Elmi Cəmiyyətinin (TEC) tərəfdaşlığı ilə həyata keçiriləcək layihənin rəhbəri UNEC Maliyyə və mühasibat fakültəsinin IV kurs tələbəsi Teymurlu Jalə Anar qızı layihə barədə geniş məlumat verib.

O qeyd edib ki, bu gün ölkəmizdə Yaşıl termini aktualdır. Yaşıl İqtisadiyyat, yaşıl mühəndislik, yaşıl maliyyə və bu fəsildən olan bütün sahələrin inkişafı qlobal səviyyədə vacib və əhəmiyyətlidir. İdeyalı gənclərin bu sahədə maariflənməsi və öz töhvələrini verməsi üçün mütəmadi olaraq infosessiyalar, seminarlar vətədbirlər həyata keçirilməlidir.

Onun sözlərinə görə, gənclərin bu sahədə məlumat sahibi olmağı vacib olsa da, daha önəmli faktor əldə edilmiş biliklərin istifadəsidir. Bu səbəbdən, layihə iştirakçılarına məqalə yazmağın əsasları da öyrədiləcəkdir. Beləliklə, təlimin sonunda iştirakçılar əldə etdiyi fundamental biliklərdən istifadə edərək cəmiyyət üçün əlavə dəyər yarada biləcəkdir.

Layihə rəhbəri bildirir ki, ümumilikdə 40 nəfər seçilmiş tələbənin iştirakı planlaşdırılıb və iştirakçılara hər iki təlim üzrə sertifikatların təqdim olunması nəzərdə tutulub.

Sonda qeyd olunub ki,”Yaşıl İqtisadiyyatın Gənc Tədqiqatçıları” tədqiqat təlimi 30-31 avqust tarixləri aralığında Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcəkdir.

Oxşar Xəbərlər

Back to top button