Gündəm
YAP Nizami rayon təşkilatının rəhbərliyi və fəalları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sosial aksiya keçiriblər
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının rəhbərliyi və fəalları 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sosial aksiya keçiriblər.
Aktualinfo.az xəbər verir ki, aksiya çərçivəsində şəhid və qazi övladlarına baş çəkilib, bayram münasibətilə təbrik edilib, hədiyyələri təqdim olunub. Onlara bir daha valideynlərinin Vətən, dövlət qarşısında xidmətlərinə görə təşəkkür edilib.
Şəhid ailələrinin üzvləri və qazilər də öz növbələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.