GündəmSiyasət

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Babək prospekti, məhəllə 2269, bina 1” ünvanında fəaliyyət göstərən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib, abidə önünə gül dəstələri qoyublar.

Müşavirə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə SOCAR Petroleum QSC-nin baş icraçı direktoru Zaur Cəlilov və YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov çıxış ediblər.

Müşavirədə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələr, dövlətçilik prinsiplərinə sadiqliyin gücləndirilməsi, milli maraqların qorunması və ölkəmizin davamlı inkişafı istiqamətində qarşıda duran prioritetlər müzakirə olunub.

Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafında mühüm rol oynadığı vurğulanıb. Bildirilib ki, dövlət başçısının müəyyənləşdirdiyi strateji hədəflərin dəstəklənməsi, milli həmrəyliyin qorunması və vətəndaş məsuliyyətinin artırılması hər bir kollektiv qarşısında mühüm vəzifələr müəyyən edir.

Eyni zamanda, SOCAR Petroleum QSC-nin ölkənin iqtisadi inkişafına, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və neft məhsulları bazarının dayanıqlı fəaliyyətinə verdiyi töhfələr qeyd olunub. Ərazi partiya təşkilatının fəaliyyətinin gücləndirilməsi, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması və qurultayda səsləndirilən müddəalardan irəli gələn vəzifələrin ardıcıl icrasının vacibliyi diqqətə çatdırılıb.

Sonda qarşıda duran vəzifələrin həyata keçirilməsi, dövlətçilik prinsiplərinin və milli maraqların qorunması, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursa dəstəyin daha da gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Oxşar Xəbərlər

Back to top button