GündəmSosial

YAP Hacıqabul rayon təşkilatında VIII Qurultayın nitqindən irəli gələn məsələlər müzakirə olunub

YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov çıxış edərək qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından mühüm siyasi əhəmiyyət daşıyır. O bildirib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın beynəlxalq nüfuzunun və siyasi mövqeyinin daha da güclənməsinə şərait yaradır. Rayon təşkilatının sədri vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər milli birliyin, xalq-iqtidar həmrəyliyinin və ardıcıl dövlət siyasətinin nəticəsidir. Çıxışda Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinin ölkənin gələcək inkişafı üçün geniş imkanlar yaratdığını qeyd olunub. Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsinin azad edilmiş ərazilərin dirçəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Nəzərə çatdırılıb ki, Yeni Azərbaycan Partiyasının üzvləri ölkədə həyata keçirilən inkişaf proseslərində fəal iştirak etməli, dövlətçilik prinsiplərinin və milli həmrəyliyin möhkəmləndirilməsinə öz töhfələrini verməlidirlər. İsmayıl İbrahimov sonunda partiya üzvlərinin Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşməyə, qarşıya qoyulan vəzifələrin icrasında fəallıq göstərməyə və Azərbaycanın daha böyük uğurlar qazanması naminə səylə çalışmağa çağırıb.
Çıxış edən Qurultay nümayəndəsi, ərazi partiya təşkilat sədri Sevinc Tağıyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlərin ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etmişdir. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlət suverenliyinin qorunması və əldə olunan nailiyyətlərin əhəmiyyətini vurğulamış və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən siyasətin Azərbaycanın inkişafına mühüm töhfələr verdiyini bildirmişdir.
Çıxış edən ərazi partiya təşkilat sədri Səfər Rzayev qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlər ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. O bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın bütün sahələrdə, o cümlədən səhiyyə sistemində inkişafına mühüm töhfələr verir. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyənləşdirilən hədəflərin həyata keçirilməsində həmrəyliyin, məsuliyyətli fəaliyyətin və dövlətçiliyə sədaqətin mühüm rol oynadığını vurğulayıb.

Oxşar Xəbərlər

Back to top button