GündəmSosial

Qaradağlıda YAP-ın VIII Qurultayının hədəfləri müzakirə olunub

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında qəbul edilən qərarların və qarşıya qoyulan strateji hədəflərin izahı məqsədilə YAP Tərtər rayon təşkilatının silsilə görüşləri davam edir. Növbəti tədbir Qaradağlı kənd ərazi partiya təşkilatında təşkil olunub.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Görüşü giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin Qurultaydakı proqram xarakterli çıxışının mahiyyətindən bəhs edib. O diqqətə çatdırıb ki, dövlət başçısı partiya qarşısında müasir dövrün tələblərinə cavab verən yeni vəzifələr müəyyənləşdirib. Qeyd edib ki, YAP-ın VIII Qurultayı partiyanın tarixində növbəti mühüm mərhələnin başlanğıcıdır. Qurultayda qəbul olunmuş qərarlar təşkilatın gələcək fəaliyyət xəttini müəyyənləşdirir və qarşıdakı illər üçün prioritetləri aydın şəkildə ortaya qoyur.
E. Əsədov vurğulayıb ki, bu gün ideoloji işin daha çevik, daha effektiv və dövrün reallıqlarına uyğun qurulması vacibdir və bu işdə yerli təşkilatların üzərinə böyük yük düşür. O əlavə edib ki, tarixi Zəfərdən sonra suverenliyini tam təmin etmiş Azərbaycanda cəmiyyətdə birliyin daha da möhkəmləndirilməsi, dövlətçilik ideologiyasının geniş təbliği və sağlam ictimai mühitin qorunması əsas vəzifələrimiz olaraq qalır.
Tədbirdə çıxış edən partiya fəalları da Qurultayla bağlı təəssüratlarını bölüşüblər. Onlar Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf kursunu tam dəstəklədiklərini ifadə edərək, partiyanın yeniləşən ideoloji xəttinin Tərtərdə, xüsusilə gənclər və kənd sakinləri arasında təbliğ olunması üçün bundan sonra da fəal çalışacaqlarını bildiriblər.

Oxşar Xəbərlər

Back to top button