
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn məsələlər YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu Azadlıq prospekti 184 və Biləcəri qəsəbəsi 10 May küçəsi 143 ünvanlı ərazi partiya təşkilatında müzakirə olunmuşdur.
Rayon təşkilatının ərazi partiya təşkilatının sədrləri qurultayda diqqət çəkən Azərbaycanın tarixi torpaq bütövlüyünü bərpa etdikdən sonra daxil olduğu yeni dövrün hədəfləri, hərbi, iqtisadi, ideoloji dayanıqlılıq, inkişaf istiqamətlərindən bəhs etmiş, həmçinin ölkə daxilindəki milli həmrəylik modeli, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin Azərbaycanda yaşayan bütün xalqların və konfessiyaların vahid bir amal – güclü Azərbaycan naminə birləşməsini təmin etməsi, eyni zamanda, Vətən müharibəsində əsas yükü çiyinlərində daşıyan, müstəqillik dövründə yetişən vətənpərvər gəncliyin sosial-siyasi proseslərə daha aktiv cəlb edilməsi, ideoloji cəhətdən möhkəm, yad təsirlərdən uzaq və milli dəyərlərə sadiq nəslin yetişdirilməsi dövlətin gələcək təhlükəsizliyinin qarantı olduğunu xüsusi vurğulamışlar. Tədbir qarşılıqlı fikir mübadiləsi şəraitində davam etmişdir.




