GündəmSosial

Ərçivan qəsəbəsində YAP fəalları ilə müşavirə keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlərə həsr olunmuş müşavirə Ərçivan qəsəbəsində keçirilib.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Giriş sözü ilə çıxış edən YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov VIII Qurultayda müəyyənləşdirilmiş əsas hədəflər, qarşıda duran vəzifələr və partiya fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulmasının əhəmiyyəti barədə geniş danışıb. O, Prezident İlham Əliyevin çıxışında irəli sürülən istiqamətlərin partiyanın gələcək fəaliyyəti üçün mühüm yol xəritəsi olduğunu vurğulayıb.
Müşavirədə çıxış edən Ərçivan bələdiyyəsinin sədri Mehman Quliyev, qəsəbə sakinləri Səfərəli Məmmədov, Fəxrəddin Məmmədov və S. Kələntərov adına Ərçivan qəsəbə 2 saylı məktəbin direktoru Cahangir Cahangirov YAP fəallarının üzərinə düşən məsuliyyətdən, partiyanın qarşısında duran vəzifələrin həyata keçirilməsində fəallığın artırılmasının vacibliyindən danışıblar.
Çıxışlarda VIII Qurultayda müəyyən edilmiş strateji istiqamətlərin yerli səviyyədə həyata keçirilməsinin, partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəal iştirakının və əhali ilə işin daha da gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr və onların icrası ilə bağlı məsələlər müzakirə edilib.

Oxşar Xəbərlər

Back to top button