
2023-cü il 15 oktyabr tarixi Azərbaycan xalqı üçün böyük önəm daşıyan günlərdən biri oldu. Həmin gün Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq tarixi ədaləti bərpa etdi. Bu addım illərlə gözlənilən qələbənin təntənəsi idi və bütün xalq üçün böyük qürur anı kimi yadda qaldı.
Xankəndidə dalğalanan üçrəngli bayraq Azərbaycanın suverenliyinin ən bariz simvoluna çevrildi. Bu, sadəcə bir mərasim deyil, həm də milli iradənin, gücün və qətiyyətin dünyaya nümayişi idi. Şəhərdəki hər kəs vətənə olan sevgisini, şəhidlərə olan ehtiramını bu bayraq altında bir daha hiss etdi.
Həmin gün keçirilən səfər çərçivəsində Prezident İlham Əliyev Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə də baxış keçirdi. Bu baxış bölgədə aparılacaq quruculuq və inkişaf işlərinin ilkin istiqamətlərini müəyyənləşdirdi. Qəsəbənin dirçəlişi bölgənin gələcək həyatında mühüm rol oynayacaq.
Beləliklə, 15 oktyabr yalnız bir tarixi gün deyil, həm də gələcək nəsillərə vətən sevgisini, milli birliyi və dövlətçilik ruhunu aşılayan bir yaddaş nöqtəsinə çevrildi. Bu gün Azərbaycanın müasir tarixində əbədi qalacaq.
YAP Xəzər rayon təşkilatının fəalı
Turan Zeynalzadə