
Müasir beynəlxalq münasibətlər sistemində Asiya regionunun siyasi, iqtisadi vəgeostrateji əhəmiyyəti davamlı şəkildə artır. Qlobal iqtisadi inkişafın mühümmərkəzlərindən birinə çevrilən bu region beynəlxalq ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-logistika və investisiya proseslərində getdikcə daha böyük rol oynayır. Azərbaycan da bu reallıqları nəzərə alaraq Asiya dövlətləri ilə qarşılıqlı faydalıəməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirir. Ölkəmizin Çin, Pakistan, Vyetnam, İndoneziya, Malayziya, Yaponiya, Cənubi Koreya və Asiyanın digər dövlətləriilə əlaqələrinin inkişafı bu siyasətin mühüm təzahürüdür.
Azərbaycanın Avropa ilə Asiyanın qovşağında yerləşməsi, zəngin enerjiehtiyatlarına və müasir nəqliyyat infrastrukturuna malik olması region ölkələri ilətərəfdaşlıq üçün geniş imkanlar yaradır. Xüsusilə Orta Dəhlizin beynəlxalqəhəmiyyətinin artması Azərbaycanın Şərqlə Qərb arasında strateji nəqliyyat qovşağıkimi rolunu gücləndirir. Bu baxımdan Vyetnamla münasibətlərin inkişafı həm dəAzərbaycanın Cənub-Şərqi Asiya ilə əlaqələrinin möhkəmləndirilməsi istiqamətindəmühüm addımdır.
Azərbaycan–Vyetnam münasibətlərinin əsas xüsusiyyətlərindən biri onların dərintarixi köklərə malik olmasıdır. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfərimünasibətlərin inkişafında əlamətdar hadisə olmuşdu. Həmin dövrdə Azərbaycansənaye, elm, təhsil və xüsusilə neft sənayesi sahəsində qazandığı nailiyyətlərlətanınırdı. Ho Şi Minin səfəri iki xalq arasında qarşılıqlı marağın və dostluq əlaqələrininmöhkəmlənməsinə təkan vermişdi.
Münasibətlərin inkişafında növbəti mühüm mərhələ 1983-cü ilə təsadüf edir. Həmin vaxt Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birincimüavini Heydər Əliyevin başçılığı ilə sovet nümayəndə heyəti Vyetnama səfəriəməkdaşlıq tarixində yeni səhifə açmışdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ümummilli Liderin təşəbbüsü ilə səfərin müddəti 8 günə qədər uzadılmış, Vyetnamınəsas regionları əhatə olunmuşdu. Bu səfər ölkənin iqtisadi potensialının və inkişafimkanlarının daha yaxından öyrənilməsinə şərait yaratmışdı. Əldə edilən razılaşmalarVyetnam iqtisadiyyatının inkişafına mühüm təkan vermiş, uzunmüddətli əməkdaşlığınistiqamətlərini müəyyənləşdirmişdi.
Beləliklə, Ho Şi Min və Heydər Əliyevin tarixi xidmətləri Azərbaycan–Vyetnamdostluğunun möhkəm təməllərinin formalaşmasında xüsusi yer tutur. Bu günmünasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi həmin tarixi irsin müasirdövrdə uğurla davam etdirildiyini göstərir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Vyetnamla əlaqələr yenidövlətlərarası münasibətlər formatında inkişaf etməyə başlayıb. Bu prosesdə Prezidentİlham Əliyevin həyata keçirdiyi xarici siyasət xüsusi rol oynayır. Dövlət başçısının 2014-cü ildə Vyetnama ilk dövlət səfəri ikitərəfli münasibətlərdə mühüm mərhələ olub, siyasidialoqun və iqtisadi əməkdaşlığın genişlənməsinə təkan verib. 2015-ci ilin mayındaVyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri isə münasibətlərinqarşılıqlı siyasi iradə əsasında inkişaf etdiyini nümayiş etdirib.
2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibiTo Lamın Azərbaycana dövlət səfəri münasibətlərdə yeni mərhələnin başlanğıcıolmuşdu. Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, bu səfərdövlətlərarası əlaqələrdə yeni fəsil açmışdı. Aparılan danışıqlar energetika, investisiya, müdafiə, kibertəhlükəsizlik və digər sahələri əhatə etmişdi. Səfərin ən mühüm nəticəsiAzərbaycan ilə Vyetnam arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyanatın qəbuledilməsi olmuşdu. Bu sənəd iki ölkə arasında siyasi etimadın yüksək səviyyəsinitəsdiqləməklə yanaşı, əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi üçünmöhkəm əsas yaratmışdır.
Azərbaycan ilə Vyetnam arasında münasibətlərin üstünlüklərindən biri siyasidialoqun müxtəlif səviyyələrdə davam etdirilməsidir. Dövlət başçılarının qarşılıqlısəfərləri ilə yanaşı, hökumətlərarası komissiyalar, müvafiq dövlət qurumları vəparlamentlərarası dostluq qrupları arasında səmərəli əməkdaşlıq mövcuddur. YeniAzərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əlaqələrin inkişafı dasiyasi dialoqun mühüm istiqamətlərindəndir. Bu mexanizmlər münasibətlərindavamlılığını təmin edir və əldə olunan razılaşmaların həyata keçirilməsinə imkanyaradır.
İki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir. BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəvə digər platformalarda qarşılıqlı əlaqələr siyasi tərəfdaşlığın mühüm tərkib hissəsidir. Azərbaycanın xarici siyasətində dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalqsəviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri fundamental əhəmiyyətdaşıyır. Prezident İlham Əliyevin Vyetnamın ölkəmizin ərazi bütövlüyünə vəsuverenliyinə göstərdiyi dəstəyə görə minnətdarlıq bildirməsi iki dövlət arasında siyasietimadın göstəricisidir. Bu münasibətlər qarşılıqlı hörmətə, bərabərhüquqluluğa vəbeynəlxalq hüququn əsas prinsiplərinə söykənir.
Strateji tərəfdaşlıq iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün də yeni imkanlaraçır. Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən iqtisadiyyatlarından biri olan Vyetnamsənaye istehsalı, elektronika, kənd təsərrüfatı və ixrac sahələrində böyük potensialamalikdir. Azərbaycan isə enerji ehtiyatları, nəqliyyat-logistika infrastrukturu və əlverişlicoğrafi mövqeyi ilə Vyetnam üçün perspektivli tərəfdaşdır. Energetika ilə yanaşı, bərpaolunan enerji, rəqəmsal texnologiyalar, kibertəhlükəsizlik, turizm, təhsil vəinnovasiya sahələrində də əməkdaşlığın genişləndirilməsi mümkündür.
Azərbaycanın Asiya ilə Avropa arasında nəqliyyat-logistika əlaqələrinin inkişafındaartan rolu Vyetnamla iqtisadi münasibətlərə əlavə məzmun qazandıra bilər. OrtaDəhlizin imkanlarının genişləndirilməsi və ölkəmizin beynəlxalq nəqliyyat şəbəkələrinəinteqrasiyası Cənub-Şərqi Asiya dövlətləri üçün alternativ ticarət marşrutlarınınformalaşması baxımından əhəmiyyətlidir.
Bütövlükdə, Azərbaycan–Vyetnam münasibətlərinin inkişafı ölkəmizin Asiyaistiqamətində həyata keçirdiyi ardıcıl siyasətin mühüm nəticələrindən biridir. Prezidentİlham Əliyevin rəhbərliyi ilə Azərbaycan region dövlətləri ilə münasibətlərdə qarşılıqlıhörmətə, suverenliyə, bərabərhüquqluluğa və ortaq maraqlara əsaslanan əməkdaşlıqmodelinə üstünlük verir. Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi Azərbaycanınbeynəlxalq mövqelərinin möhkəmlənməsinə, iqtisadi imkanlarının artmasına vəçoxtərəfli diplomatiyada rolunun güclənməsinə xidmət edir.
Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsində səsləndirdiyifikirlər bir daha göstərir ki, Azərbaycan tarixi dostluq münasibətlərini qorumaqlakifayətlənmir, onları müasir dövrün siyasi və iqtisadi reallıqlarına uyğun olaraq yeniməzmunla zənginləşdirir. Ho Şi Minin 1959-cu ildə Bakıya, Ümummilli Lider HeydərƏliyevin isə 1983-cü ildə Vyetnama səfərləri ilə möhkəmlənən dostluq bu gün stratejitərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Beləliklə, Azərbaycan–Vyetnam münasibətlərinin inkişafı həm tarixi varisliyin, həmdə müasir siyasi iradənin uğurlu nəticəsidir. Bu tərəfdaşlıq Azərbaycanın Asiya ölkələriilə əlaqələrin genişləndirilməsinə verdiyi xüsusi önəmi nümayiş etdirir. Prezident İlhamƏliyevin müsahibəsinin əsas siyasi mesajı da məhz bundan ibarətdir: Azərbaycan öztarixi dostlarına sadiq qalmaqla Asiyanın inkişaf edən dövlətləri ilə strateji tərəfdaşlığınımöhkəmləndirir, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir və Avrasiyaməkanında etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir
Arzu Zərbalıyeva,
YAP fəalı, Hacıqabul rayon Mərkəzi Kitabxanasının əməkdaşı



