
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan-Vyetnam münasibətlərinintarixi inkişaf yolunu, mövcud əməkdaşlıq istiqamətlərini və gələcək perspektivlərini əksetdirən mühüm siyasi məzmunlu çıxışdır.
Dövlət başçısı müsahibəsində iki ölkə arasında təxminən yetmiş ilə yaxın tarixəmalik dostluq əlaqələrinin formalaşmasından, siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və mədəni sahələrdə əməkdaşlığın inkişafından ətraflı bəhs etmişdir.
Azərbaycan-Vyetnam dostluğunun təməli 1959-cu ildə Vyetnam DemokratikRespublikasının Prezidenti Ho Şi Minin Bakıya tarixi səfəri ilə qoyulmuşdur. Bumünasibətlərin inkişafında Ümummilli Lider Heydər Əliyevin də müstəsna xidmətləriolmuşdur. Xüsusilə 1983-cü ildə onun rəhbərlik etdiyi sovet nümayəndə heyətininVyetnama səfəri və səfərin müddətinin səkkiz günə qədər uzadılması iki ölkə arasındaəməkdaşlığın genişlənməsinə mühüm töhfə vermişdir. Həmin dövrdə əldə olunanrazılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına dəstək olmuş, uzunmüddətlitərəfdaşlığın əsas istiqamətlərini müəyyənləşdirmişdir.
Sonrakı illərdə də Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və etimadprinsipləri əsasında inkişaf etmişdir. 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama ilkdövlət səfəri, 2015-ci ildə isə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana səfəriikitərəfli əlaqələrin möhkəmlənməsində mühüm mərhələ olmuşdur.
Münasibətlərin inkişafında ən əlamətdar hadisələrdən biri 2025-ci ilin mayındaVyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycanadövlət səfəri olmuşdur. Səfər çərçivəsində imzalanmış Strateji tərəfdaşlıq haqqındaBirgə Bəyannamə iki ölkə arasında əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir. Sənəd siyasi dialoqun genişləndirilməsi ilə yanaşı, iqtisadiyyat, energetika, investisiya, müdafiə və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın inkişafı üçün yeni imkanlaryaratmışdır.
Prezident İlham Əliyev müsahibəsində iqtisadi-ticari əlaqələrin inkişafına da xüsusidiqqət yetirmişdir. 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsinin150 milyon ABŞ dollarını ötürməsi əməkdaşlığın müsbət dinamikasını göstərir. Bununlabelə, mövcud iqtisadi potensialın daha geniş imkanlar yaratdığını vurğulayan dövlətbaşçısı enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində birgəlayihələrin həyata keçirilməsinin vacibliyini qeyd etmişdir.
Energetika sahəsində SOCAR ilə Vyetnamın Milli Neft və Qaz Şirkəti – PetroVietnam arasında əməkdaşlığın dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı vəişlənilməsi, texniki xidmətlər, eləcə də mütəxəssis hazırlığı istiqamətlərində əməkdaşlığınəzərdə tutur.
Müsahibədə Azərbaycanın əlverişli coğrafi mövqeyi və beynəlxalq nəqliyyatdəhlizlərində artan rolu da diqqətə çatdırılmışdır. Orta Dəhliz və Şimal-Cənub nəqliyyatdəhlizi vasitəsilə Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçünAzərbaycanın nəqliyyat-logistika imkanlarından istifadə edilməsi perspektivlərivurğulanmışdır. 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının həcmininəvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çoxolması bu istiqamətdə müsbət dinamikanın göstəricisidir.
İki ölkə arasında münasibətlərin mühüm istiqamətlərindən biri də humanitar, elmivə təhsil sahələrində əməkdaşlıqdır. Heydər Əliyev Fondunun Vyetnamda həyatakeçirdiyi humanitar layihələr, o cümlədən Ha Giang əyalətində ibtidai məktəbin tikintisivə təhsil təşəbbüslərinə göstərilən dəstək xalqlar arasında dostluq münasibətlərininmöhkəmləndirilməsinə xidmət edir. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri də bu əlaqələrin inkişafında mühüm addım olmuşdur.
Təhsil sahəsində əməkdaşlığın zəngin tarixi ənənələri vardır. Sovet dövründətəxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması ölkələrimiz arasındaelmi və akademik əlaqələrin möhkəm əsaslara söykəndiyini göstərir. 2025-ci ildəAzərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağınınaçılması isə bu tarixi dostluğun rəmzi hadisələrindən biri kimi xüsusi əhəmiyyət daşıyır.
Mədəniyyət sahəsində də əlaqələr ardıcıl şəkildə genişlənir. AzərbaycandaVyetnam Günlərinin keçirilməsi, 2026-cı ildə festivalın ilk dəfə Bakı ilə yanaşı Qəbələdədə təşkil olunması, vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” adlı şeirlərtoplusunun Azərbaycan dilində nəşri xalqlarımız arasında mədəni dialoqun inkişafınaxidmət edir. Bu dostluğun mədəni kökləri daha qədim tarixə gedib çıxır. GörkəmliAzərbaycan bəstəkarı Qara Qarayevin 1955-ci ildə yaratdığı “Vyetnam süitası” vərejissor Əjdər İbrahimovun Vyetnam kinosunun inkişafındakı xidmətləri Azərbaycanmədəniyyətinin bu ölkədəki izlərini yaşadır.
Prezident İlham Əliyev müsahibəsində Azərbaycan xalqının dost Vyetnama çətinanlarda göstərdiyi dəstəyi də xatırlatmışdır. 2024-cü ildə “Yaqi” fırtınasının, 2025-ci ildəisə genişmiqyaslı daşqınların törətdiyi fəsadların aradan qaldırılması üçünAzərbaycanın göstərdiyi maliyyə yardımı dövlətlərimiz arasında münasibətlərin yalnızsiyasi və iqtisadi maraqlara deyil, həm də qarşılıqlı həmrəyliyə və humanizmprinsiplərinə əsaslandığını nümayiş etdirir.
Ümumilikdə, Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyimüsahibə Azərbaycan-Vyetnam münasibətlərinin keçmişinə nəzər salmaqla yanaşı, gələcək inkişaf istiqamətlərini də aydın şəkildə ortaya qoyur. Tarixi dostluq, qarşılıqlıetimad və strateji tərəfdaşlıq prinsipləri üzərində qurulan bu əlaqələr hər iki ölkə üçünyeni iqtisadi, siyasi və humanitar imkanlar açır.
Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan və Vyetnamın malik olduğupotensial birgə layihələrin həyata keçirilməsi, yeni bazarlara çıxış və qarşılıqlıinvestisiyaların artırılması üçün geniş perspektivlər yaradır. Əminliklə demək olar ki, tarixi dostluq ənənələrinə söykənən Azərbaycan-Vyetnam münasibətləri bundan sonrada inkişaf edərək ölkələrimizin və xalqlarımızın rifahına xidmət edəcəkdir
Aytən İmanova,
YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktöru



