Vətən Müharibəsi Şəhidlərinin əziz xatirəsi yad olundu

44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi.
Azərbaycanın qəhrəmanları torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, igidləri qazi adını qazandı. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıtdıq. Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş Nəsimi rayon şəhidlərinin əziz xatirəsi yad olunub.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, aparatının məsul əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edərək, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.




