
06 noyabr 2026-cı il tarixində Hərbi Memorial Məzarlıqda Vətən müharibəsi şəhidi Şahmar Kəmaləddin oğlu Quliyevin doğum günü münasibətilə məzarı ziyarət edilib.
Aktualinfo Media Qrup xəbər verir ki, anım mərasimində şəhidin qohumları, Nizami Rayon İcra Hakimiyyəti, YAP Nizami rayon təşkilatı və Nizami Bələdiyyəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, Şahmar Quliyev sentyabrın 28-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.


