AnalitikaGündəmSiyasət

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə partiya veteranlarının gənclərlə görüşü keçirilib

4 may 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatı və ADPU-nin Şəki filialının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP Şəki rayon təşkilatının rəhbərliyi və əməkdaşları, partiya veteranları, ziyalılar, universitetin direktoru, professor-müəllim heyəti və gənclər iştirak edib.

İlk öncə Ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Açılış nitqi ilə çıxış edən filialın direktoru, dosent Vurğun Məmmədov tədbirin məqsədi barədə məlumat verərək, tədbirdə iştirak edən qonaqları təqdim edib. V.Məmmədov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi fəaliyyəti Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli-mənəvi dəyərlərin qorunmasında və müasir müstəqil Azərbaycanın qurulmasında müstəsna rol oynayıb.
YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, partiya veteranı Kamil Məmmədov, partiya veteranı, Dodu ƏPT-nın sədri, filialın kafedra müdiri, dosent Sədrəddin Bədiyev, filialın baş müəllimi Tahir Məhərrəmov və tələbə Yetər Mustafayeva çıxışlarında bildiriblər ki, Heydər Əliyev təkcə siyasi lider deyil, həm də xalqın milli birliyini təmin edən böyük şəxsiyyət idi. Onun dövlətçilik ideyaları, xalqına bağlılığı və uzaqgörən siyasəti hər zaman örnək olaraq qalacaqdır.
Çıxışlarda vurğulanıb ki, Heydər Əliyevin zəngin siyasi irsi Azərbaycan xalqı üçün əbədi yol xəritəsidir və bu irs gələcək nəsillər üçün də daim örnək olacaqdır. Belə tədbirlərin keçirilməsi isə gənclərin milli ruhda tərbiyə olunması, tariximizə və dövlətçilik ənənələrimizə bağlılığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Həmçinin bu kimi tədbirlərin Ulu Öndərin əziz xatirəsinin bir daha ehtiramla yad olunmasına və onun ideyalarının gənc nəsillər arasında təbliğinə mühüm töhfə verdiyi qeyd olunub. Bildirilib ki, Heydər Əliyev siyasətində gənclər aparıcı qüvvə kimi qəbul edilir və onların savadlı, vətənpərvər ruhda yetişməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Natiqlər qeyd ediblər ki, Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf xətti bu gün də Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz hərtərəfli tərəqqi yolunda inamla irəliləyir.
Tədbirin sounda Yeni Azərbaycan Partiyasına qəbul olunmuş yeni üzvlərə vəsiqələr təqdim olunub.

Oxşar Xəbərlər

Back to top button