Analitika

Üçtərəfli Bəyanat əslində Ermənistan dövlətinin kapitulyadiya aktı idi

Qalib ölkənin vətəndaşı olmaq başqa bir hissdir. Bu gün bütün dünya bizdən danışır, bizim qəhrəmanlığımıza qibtə edir. Bütün dünya bizim dövlət başçımız Cənab İlham Əliyevin iradəsinə, Azərbaycan ordusunun gücünə bələd oldu. Asan olmadı amma biz bunu bacardıq. 44 günlük müharibədən sonra Ermənistanı diz çökdürən Azərbaycan 30 illik münaqişəyə son qoydu. 30 ildən artıq davam edən Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mütləq hərbi – siyasi qələbə çaldığı gündür. Azərbaycan və Rusiyanın prezidentləri, Ermənistanın baş naziri arasında imzalanan 10 noyabr tarixli üçtərəfli Bəyanat münaqişənin həllində son nöqtə deməkdir. Nəhayət İlham Əliyevin komandanlığı ilə Azərbaycanın 30 ilə yaxın düşmən tapdağı altında qalan dilbər guşələri öz əbədi sahiblərinə qayıtdı.

44 günlük Vətən müharibəsi nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Noyabrın 10-da imzalanan Bəyanat nəticəsində Kəlbəcər, Ağdam və Laçın da Azərbaycana qaytarıldı. Uzaqgörən liderimizin bu razılaşmaya imza atmasının səbəbi daha çox qan tökülməsinin qarşısını almaq idi. 44 günlük şanlı qələbə Şəhidlərimizin, öz sağlamlıqlarını qurban verən qazilərimizin canı və qanı bahasına əldə olunmuşdu.
Noyabrın 10-da Bəyanatın imzalanması ilə siyasi, iqtisadi, diplomatik uğurların əsası qoyuldu. Ali Baş komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal olunmuş bütün torpaqlarımızdan qeyd – şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur.
Artıq 30 illik həsrətə son qoyuldu. Azərbaycan əsgər və zabitləri öz qəhrəmanlığı sayəsində keçmiş məcburi köçkünləri öz doğma dədə – baba torpaqlarına qaytarırlar. Azərbaycan dövləti keçmiş məcburi köçkünlərin məskunlaşması üçün bütün imkanlardan istifadə edəcək. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Ali Baş komandanın. həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının əsas başlıca səbəbidir.

“Bütün haqsızlıqlara, Ermənistan rejimi tərəfindən törədilən cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq. Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı – seçkilik olmayıb və olmayacaq. 2020 – ci il 10 noyabr tarixli Bəyanata zidd olaraq Ermənistan 3 il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmamışdır. Üçtərəfli Bəyanat əslində Ermənistan dövlətinin kapitulyadiya aktı idi və bu kapitulyadiya aktına görə Ermənistan Azərbaycan ərazisindən bütün silahlı qüvvələrini çıxarmalı idi. 2023-cü ilin sentyabr ayında antiterror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olundu.

Leyla Fətəliyeva,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button