Dünya

Türkiyədə qırğız çadırları qurulur

Fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra yardıma gələn ölkələr sırasında Qırğızıstan da var.

Aktualinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Kahramanmaraşda zəlzələdən əziyyət çəkənlər üçün Qırğızıstan tərəfindən göndərilən 127 alaçıq qurulmağa başlanıb.

Çadırların qurulmasında Qırğızıstandan gələn komandaya Türkiyədə yaşayan qırğızlar, eləcə də bu ölkənin Ankaradakı səfiri Ruslan Kazakpayev də dəstək göstərib.

Qeyd edək ki, həmin alaçıqlar qırğızların ənənəvi yurd formasında olan mobil evləridir.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button