Prezident İlham Əliyev iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışında olduqca önəmli fikirlər səsləndirib. Dövlətimizin başçısı bildirib ki, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. SİTAT: “Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir.”
Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmiş və göstərməkdə davam edir.
Türk dünyasının mədəniyyət paytaxtından verilən mesajlardan aydın oldu ki, təşkilata üzv ölkələr TDT-nin dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməsində maraqlıdır. Prezident İlham Əliyevin zirvə görüşündə bəyan etdiyi kimi, biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərib. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Bu istiqamətdə bütün üzv ölkələr imkanları düzgün dəyərləndirmək və konkret addımlar atmaq niyyətini bir daha ortaya qoydu.
«Xarıbülbül» festivallarının, Vaqif Poeziya günlərinin sevincini yaşayan bu qədim diyar türk dünyasının siyasi, mədəni irsinə şahidlik edir. Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə mədəniyyətləri birləşdirən müxtəlif tədbirlərə ev sahibliyi edən Şuşa yenə də bütün dünyanın diqqət mərkəzindədir. 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edilən Şuşanın önəmi təkcə bu dəyərlə məhdudlaşmır. Beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edən, Müttəfiqlik Bəyannaməsinin imzalanması ilə TDT-in kollektiv təhlükəsizliyinin əsası qoyulan Şuşa türk dünyasının alınmaz qalasıdır. Prezident İlham Əliyevin bu təşkilatla bağlı apardığı iş, irəli sürdüyü ideyalar qurumun gələcək inkişaf trayektoriyasının etibarlı bələdçisidir.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı