Tarixi Zəfərimizdən sonra ikitərəfli əməkdaşlıqların daha da dərinləşdirilməsi Azərbaycanın artan nüfuzunun, siyasi çəkisinin göstəricisidir
Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlıq xüsusi yer tutur. Azərbaycan-Avropa İttifaqı əlaqələrinin yüksələn xətlə inkişafı bunun bariz nümunəsidir. Qurumla ölkəmiz arasında əlaqələr müxtəlif istiqamətlərdə uğurla inkişaf edir ki, bu baxımdan enerji amilini xüsusi qeyd etməliyik. Azərbaycan regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi hər zaman beynəlxalq səviyyədə təqdir olunur. Dövlət başçısı İlham Əliyev qeyd olunan çıxışında Azərbaycanın enerji siyasətinin ayrı-ayrı mərhələlərindən geniş bəhs etmişdir. Tarixən neft ölkəsi olan Azərbycanın qısa müddətdə qaz ixracatçısına çevrilməsi xüsusi olaraq diqqətə çatdırılmışdı. Azərbaycan reallaşdırdğı enerji layihələri ilə dünyanın enerji xəritəsini yenidən tərtib edir. Ölkəmiz enerji diplomatiyası vasitəsilə bütövlükdə dünyanın böyük dövlətlərinə, eləcə də Avropa İttifaqı ölkələrinə mehriban dostluq və əməkdaşlıq münasibətlərini nümayiş etdirir. Bu münasibətlər dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır. Azərbaycanın daha ehtiyatlı xarici siyasət yürütməsini və enerji sahəsində bu yeni strateji tərəfdaşlığın mütləq gətirəcəyi çağırışların effektiv şəkildə öhdəsindən gəlmək üçün Bakının səylərində Aİ-nin daha güclü dəstəyini tələb edəcək. Azərbaycan Prezidenti: “TAP layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik”Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannis ilə birgə mətbuata bəyanatında bildirib. “İki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik. Bunu Avropa İttifaqına rəhbərlik edən şəxslər qeyd edirlər. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bunu bir daha göstərir.Azərbaycanda keçiriləcək Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının açılış mərasimində iştirak edəcəkdir. Prezident Yohannisin açılışda iştirakı bu tədbirin böyük əhəmiyyətindən xəbər verir”, – dövlət başçısı vurğulayıb.Ümumilikdə Azərbaycan-Avropa İttifaqı əlaqələri yüksələn xətlə inkişaf edir. Tarixi Zəfərimizdən sonra bu əməkdaşlığın daha da dərinləşdirilməsi Azərbaycanın artan nüfuzunun, siyasi çəkisinin göstəricisidir.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı