AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Şuşa Zəfərinin Ədəbiyyat və İncəsənətdə Təcəssümü

2020-ci ilin 8 noyabr tarixində qazanılan Şuşa Zəfəri Azərbaycan ədəbiyyatı, musiqisi, rəssamlığı və kino sənəti üçün tükənməz ilham mənbəyinə çevrilmişdir. Azadlıqdan sonra şairlərimiz, yazıçılarımız və bəstəkarlarımız bu tarixi qələbəyə həsr olunmuş yüzlərlə yeni əsər yaratmışlar.

Şuşa əməliyyatının qəhrəmanlığından bəhs edən bədii filmlər, sənədli ekran əsərləri və teatr tamaşaları gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Rəssamlarımızın fırçasından çıxan tablolar isə Şuşanın azadlıq sevincini və təbii gözəlliklərini əbədiləşdirir.

Musiqi sənətimizdə Zəfər mövzusu xüsusi yer tutur; Şuşaya həsr olunmuş yeni marşlar, mahnılar və simfonik əsərlər konsert salonlarında böyük rəğbətlə qarşılanır. Bu əsərlər xalqımızın qələbə əhval-ruhiyyəsini və milli qürurunu əks etdirir.

Şuşa Zəfəri ədəbiyyat və incəsənətimizdə əbədi yaşayacaq bir mövzu olaraq, Azərbaycan mədəniyyətinin qızıl fonduna yeni şah əsərlər bəxş etməkdə davam edir.

Elnarə Məmtiyeva,
YAP Nizami rayon təşkilatının “Naxçıvanski küçəsi, 37” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button