8 Noyabr – Şuşanın Əbədi İşıqlı Sabahının Başlanğıcı

2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə təkcə hərbi qələbə günü kimi deyil, həm də Şuşanın əbədi işıqlı sabahının başlanğıcı kimi daxil olmuşdur. 28 illik qaranlıqdan və dağıntılardan sonra şəhərin səmasında yenidən azadlıq günəşi doğmuşdur.
Bu gün Şuşa özünün ən möhtəşəm dirçəliş dövrünü yaşayır. Müasir binalar, bərpa olunan tarixi abidələr, abadlaşdırılan küçələr və şəhərə qayıdan sakinlərin sevinci Şuşanın parlaq gələcəyindən xəbər verir.
Hər il 8 Noyabrda qeyd olunan Zəfər Günü və Şuşa Şəhəri Günü xalqımızın birlik, güc və yenilməzlik bayramı kimi tarix boyu yaşayacaqdır. Bu tarix Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün əbədi təminatıdır.
Şuşa bu gün azad, qüdrətli və firavan Azərbaycanın döyünən ürəyi olaraq gələcək əsrlərə doğru inamla addımlayır.
Günel Kərimova,
YAP Nizami rayon təşkilatının fəalı



