
Şuşa – Azərbaycanın milli-mədəni irsinin, tarixi yaddaşının və milli ruhunun təcəssümü
Şuşa şəhəri Azərbaycan xalqının tarixində, mədəniyyətində və milli kimliyində xüsusi yer tutur. Qarabağın incisi adlandırılan bu qədim şəhər əsrlər boyu Azərbaycan musiqisinin, ədəbiyyatının və incəsənətinin mühüm mərkəzlərindən biri olmuşdur. Şuşanın zəngin tarixi irsi, memarlıq abidələri və görkəmli şəxsiyyətləri xalqımızın milli sərvətidir.
2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri kimi yadda qaldı. Bu tarixi qələbə Azərbaycan Ordusunun qəhrəmanlığını, əsgər və zabitlərimizin fədakarlığını, xalqımızın birliyini və dövlətimizin ərazi bütövlüyünün bərpası istiqamətində qətiyyətini nümayiş etdirdi.
Bu gün Şuşada həyata keçirilən bərpa və quruculuq işləri şəhərin tarixi simasının qorunmasına, mədəni həyatının canlanmasına və əvvəlki şöhrətinin yenidən bərpasına xidmət edir. Şuşa beynəlxalq tədbirlərin keçirildiyi, Azərbaycan mədəniyyətinin dünyaya tanıdıldığı mühüm mərkəzə çevrilir.
Şuşanın azadlığı xalqımızın yaddaşında əbədi yaşayacaq böyük Zəfərin rəmzidir. Bu qədim şəhər Azərbaycanın ayrılmaz hissəsi, milli qürurumuz və tarixi irsimizin əvəzsiz incisi olaraq daim yaşayacaqdır.
Şuşa azaddır! Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır!
İsgəndər Yusifli,
YAP Yasamal rayon təşkilatının fəal gənci


