
Birmənalı şəkildə qeyd etməliyik ki, Bakıda keçirilən VII ÜmumdünyaMədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın müstəqil dövlətçilik prinsiplərinəsadiqliyini və milli maraqların qorunması məsələsində qətiyyətli mövqeyini birdaha nümayiş etdirir.
Eyni zamanda, Prezident İlham Əliyevin Bakıda keçirilən VII ÜmumdünyaMədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışı Azərbaycanınyalnız regional deyil, qlobal proseslərə dair mövqeyini ifadə edən mühümmesajlarla diqqət çəkir. Ən əsası, bu mesajların əsasında milli kimliyin qorunması, dövlət suverenliyinə hörmət, sülhün təmin olunması və beynəlxalq münasibətlərdəikili standartların yolverilməzliyi dayanır.
Forumun əsas üstünlüyü fərqli mövqelərə malik insanları ortaq müzakirəmüstəvisində birləşdirməsi, problemlərin həlli üçün qarşılıqlı anlaşma imkanlarıyaratmasıdır. Forum çərçivəsində səsləndirilən fikirlər, irəli sürülən təkliflər vəqurulan əməkdaşlıq əlaqələri zamanla konkret təşəbbüslərə çevrilir. Əsas məsələmüzakirələrin davamlı əməkdaşlığa, qarşılıqlı etimada və münaqişələrin qarşısınınalınmasına xidmət etməsidir. Qloballaşma və rəqəmsallaşma dövründə gənclərinbu proseslərə cəlb olunması da xüsusi əhəmiyyət kəsb edir. Dezinformasiya vənifrət çağırışlarının geniş yayıldığı bir şəraitdə gənclərin dialoq mədəniyyətinimənimsəməsi, texnologiyalardan məsuliyyətlə istifadə etməsi daha sülhsevərdünyanın qurulmasına töhfədir.
Heç bir dövlətin digərinə necə yaşamaq, hansı siyasəti həyata keçirmək və ya hansıdəyərləri mənimsəmək barədə göstəriş vermək hüququ yoxdur. Xüsusilə də özdaxilində ciddi siyasi, sosial və ideoloji problemlərlə üzləşən ölkələrin başqadövlətlərə demokratiya və insan hüquqları adı altında mühazirə oxumağa çalışmasıbeynəlxalq münasibətlər sistemində ikili standartların bariz nümunəsidir.
Prezident İlham Əliyevin çıxışından irəli gələn əsas məntiq budur: milli suverenlikmüzakirə mövzusu deyil, beynəlxalq münasibətlərin fundamental prinsipidir. Azərbaycanın mövqeyi isə aydındır: sülh istəyən tərəf ədalətə, dialoq tələb edəntərəf qarşılıqlı hörmətə, beynəlxalq hüququ müdafiə edən tərəf isə həmin hüququnhamıya eyni tətbiqinə sadiq olmalıdır. Dünya üçün həqiqi dialoq və dayanıqlı sülhməhz bu prinsiplərdən başlayır
Azərbaycanın bu məsələdə nümayiş etdirdiyi prinsipial mövqe xüsusi əhəmiyyətdaşıyır. Ölkəmiz üçün ideoloji təhlükəsizlik dövlət təhlükəsizliyinin mühümistiqamətlərindən biridir. Müasir dövrdə dövlətlərin suverenliyinə yönələntəhdidlər yalnız hərbi və siyasi vasitələrlə məhdudlaşmır. Xarici ideoloji təsirlər, informasiya manipulyasiyaları, milli və mənəvi dəyərlərə müdaxilə cəhdləridövlətlərin daxili sabitliyinə və cəmiyyətlərin bütövlüyünə ciddi təsir göstərə bilər.
Azərbaycan özünün dünyəvi dövlətçilik modelini və cəmiyyətin inkişafistiqamətlərini müstəqil şəkildə müəyyənləşdirir. Bu baxımdan, Azərbaycanındaxili işlərinə müdaxilə etmək, ona kənardan siyasi və ideoloji tələblər irəli sürməkcəhdləri yalnız suverenlik prinsipinə deyil, həm də dövlətlər arasında qarşılıqlıhörmət və bərabərhüquqlu əməkdaşlıq anlayışına ziddir. Beynəlxalqmünasibətlərdə sabitliyin və etimadın qorunması üçün dövlətlərin bir-birininmüstəqilliyinə, siyasi seçiminə və milli xüsusiyyətlərinə hörmətlə yanaşmasıvacibdir.
Digər mühüm məsələ isə dövlətlərin daxili işlərinə müdaxilə və ideolojitəhlükəsizlikdir. Azərbaycan üçün milli-mənəvi dəyərlərin, tarixi yaddaşın vədövlətçilik şüurunun qorunması fiziki təhlükəsizlik qədər əhəmiyyətlidir. Beynəlxalq dialoq qarşılıqlı hörmətə əsaslanmalıdır. Heç bir dövlət özünübaşqalarına siyasi dərs vermək hüququna malik müstəsna tərəf hesab etməməli, özünə tələb etdiyi prinsipləri digər dövlətlərə münasibətdə də qəbul etməlidir. Azərbaycanın artan beynəlxalq nüfuzu, müxtəlif beynəlxalq platformalarda iştirakıvə dialoq təşəbbüsləri ölkəmizin qlobal əməkdaşlıqda fəal rolunu göstərir. Lakin dialoqun həqiqi nəticəsi yalnız bəyanatlarla deyil, ədalətli münasibət, qarşılıqlıməsuliyyət və konkret addımlarla ölçülür.
Azərbaycanın artan beynəlxalq nüfuzu ölkəmizin ev sahibliyi etdiyi və qarşıdakıillərdə qəbul edəcəyi mötəbər tədbirlərdə də öz əksini tapır. 2027-ci ildə müsəlmandünyasının, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin yüksəksəviyyəlinümayəndələrinin Azərbaycanda bir araya gəlməsi Bakının fərqli siyasi və mədəniməkanlar arasında dialoq platforması kimi əhəmiyyətini nümayiş etdirir. Bu, eynizamanda, Azərbaycanın beynəlxalq miqyasda etibarlı tərəfdaş və mühüm siyasiaktor kimi qəbul edilməsinin göstəricilərindən biridir.
Bu cür beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin müxtəlifdövlətlər və siyasi birliklər arasında dialoqun inkişafına verdiyi töhfəni göstərir. Azərbaycanın beynəlxalq əməkdaşlığa açıq olması, fərqli baxışların vəmədəniyyətlərin təmsilçilərini bir araya gətirməsi ölkəmizin qlobal proseslərdə fəaliştirakının mühüm istiqamətlərindəndir. Bununla yanaşı, əməkdaşlığın davamlı vəsəmərəli olması üçün tərəflərin bir-birinin suverenliyinə və milli maraqlarınahörmət etməsi əsas şərtdir.
Azərbaycanın bu istiqamətdə formalaşdırdığı beynəlxalq platforma göstərir ki, dialoq mövcud problemlərin həlli üçün zəruri olan anlaşma mühiti yaradır. BakıForumuna qatılan nümayəndələr də bu fikri bölüşür ki, mədəniyyətlər vəsivilizasiyalararası dialoq hər zamankından daha çox lazımdır. Sivilizasiyaların özdaxilində də dialoqa ehtiyac var. Bu baxımdan, növbəti ÜmumdünyaMədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platformarolunu oynayacaq.
Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumununaçılışında səsləndirdiyi mesajlar Azərbaycanın beynəlxalq münasibətlərəyanaşmasının fundamental prinsiplərini bir daha ortaya qoyur. Azərbaycanbeynəlxalq əməkdaşlığa və dialoqa açıqdır, lakin bu əməkdaşlıq qarşılıqlı hörmət, suveren bərabərlik və dövlətlərin daxili işlərinə qarışmamaq prinsipləri üzərindəqurulmalıdır. Milli maraqların qorunması, müstəqil siyasətin davam etdirilməsi vəideoloji təhlükəsizliyin təmin olunması ölkəmizin gələcək inkişafının əsas şərtləriolaraq qalır.
Elçin Quliyev,
YAP Nərimanov Rayon Təşkilatının sədri


