
Şuşa Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, zəngin tarixinin, mədəniyyətinin və dövlətçilik ənənələrinin təcəssüm olunduğu müqəddəs şəhərimizdir. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrilmişdir. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi, qətiyyətli siyasi iradəsi və həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan Ordusu tarixi missiyasını şərəflə yerinə yetirərək Şuşanı düşmən işğalından azad etmişdir. Şuşa əməliyyatı hərbi strategiyanın, qəhrəmanlığın, milli birliyin və Vətən sevgisinin parlaq nümunəsi kimi tarixə düşmüşdür. Şuşanın azad olunması yalnız hərbi qələbə deyil, həm də Azərbaycan xalqının tarixi ədalətin bərpasına, milli iradəsinə və dövlətimizin gücünə olan inamının təntənəsidir. Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, burada genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması dövlətimizin tarixi və mədəni irsimizə verdiyi yüksək dəyərin göstəricisidir. Bu gün Şuşada keçirilən beynəlxalq tədbirlər, mədəniyyət festivalları, bərpa edilən tarixi abidələr və doğma yurdlarına qayıdan sakinlərimiz Böyük Qayıdışın real nəticələridir. Şuşanın tarixi əhəmiyyəti və onun azadlığı uğrunda göstərilən qəhrəmanlıq gələcək nəsillər üçün hər zaman qürur mənbəyi olacaqdır. Şuşa əbədi olaraq Azərbaycanın ayrılmaz hissəsi, milli kimliyimizin və Zəfərimizin rəmzi olaraq qalacaqdır!
Maqsud Əhmədzadə,
YAP Yasamal rayon təşkilatının fəal gənci


