
“Prezident İlham Əliyev cari ilin 20 iyul tarixində “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edib. Bəzən Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur. Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər”.
Bunu “Aktualinfo.az”a açıqlamasında Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri Ramil Mehdiyev deyib.
Ramil Mehdiyev bildirib ki, cənab Prezident çıxışında eyni zamanda elektrik stansiyalarının əhəmiyyətindən də danışaraq bildirmişdir ki, Naxçıvanda 500 meqavat gücündə Günəş Elektrik Stansiyası ilə bağlı böyük planımız var. İkinci Qarabağ müharibəsi bitdikdən sonra biz hidroelektrik enerjisi sahəsinə vəsait yatırmışıq. Bu üç il ərzində 270 meqavat həcmində su elektrik stansiyaları artıq fəaliyyətdədir. Ümumilikdə cənab Prezident İlham Əliyev Forumdakı çıxışı ilə dövlətimiz öz siyasətinin, öz baxışlarının olduğunu xatırlatdı, mühüm məqamlara toxundu. Çıxışı ilə bir daha Azərbaycan barəsində olan yalan məlumatları, dezinformasiyaları ifşa etdi.
Onun sözlərinə görə, forumda bu gün yeni medianın, süni intellektin, jurnalist təhlükəsizliyinin, peşəkarlığının nə qədər vacib olduğu bir daha göründü. Forumda 50-yə yaxın ölkədən 150-dən çox xarici jurnalist iştirak edib. Bu miqyasda jurnalistin bir yerə toplanması Şuşada ilk dəfə baş verirdi və bunun da çox böyük əhəmiyyəti var idi. Artıq burada bu qədər insanın şəbəkəsi yarandı, münasibətlər formalaşdı, ünsiyyətlər quruldu, Azərbaycanı sevən jurnalistlər arasında formal da olsa bir şəbəkə formalaşdı, şəbəkənin zəmini qoyuldu.