AnalitikaGündəm

Şuşa Media Forumunda dövlət başçımıza ünvanlanan çoxsaylı suallara Azərbaycanın maraqları, dövlətçilik mənafeyi baxımından verilən cavabdır

İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə,  Zəfərimizdən sonra xarici KİV nümayəndələri ilə görüşərək  dünyada, Cənubi Qafqazda baş verən hadisələri siyasətçi, qətiyətli dövlət başçısı kimi şərh edən Prezident İlham Əliyevin artıq ənənəyə çevrilən bu təşəbbüsü bəlkə də dövlət başçısı ilə xarici jurnalistlər arasında saatlarla davam edən  təmasın   yeganə nümunəsidir.   «Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə»” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində «Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”», «Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər»”, «Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi»” və «İqlim hərəkatı və media”» mövzularında  təşkil olunan  panel sessiyalarında  müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri  arasında ətraflı fikir və təcrübə mübadiləsi aparıldı.  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumatlar açıqlandı. Ötən il keçirilən  «4-cü Sənaye inqilabı dövründə yeni media»” mövzusunda I Şuşa Qlobal Media Forumundan sonra  təşkil olunan növbəti  Forum mahiyyəti, müzakirə olunan mövzularının  zənginliyi baxımından maraqlı olsa da , sualların əksəriyyəti dəyişən, daha da qloballaşan dünyamızda baş verən hadisələrlə bağlı idi.  Yüksək dəyərləndirilən  hadisələri şərhetmə  bacarığını intellekt səviyyəsi, liderlik məharəti ilə nümayiş etdirən  Prezident İlham Əliyev alternativsiz dövlət başçısı olduğunu  məntiqli cavabları ilə təsdiqlədi. Forumda maraq doğuran məsələlərdən biri də fəaliyyəti uğursuzluqla nəticələnən  ATƏT-in Minsk qrupu ilə bağlı idi. Ermənistanla Azərbaycan arasındakı  «Dağlıq Qarabağ münaqişəsi»nin 30 ilə yaxın davam etməsinin səbəbi  yarandığı gündən  Minsk qrupunun həmsədr ölkələr arasında rəqabətin güclənməsi,  bu «üçlüyün» ermənipərəst mövqeyi idi. Minsk qrupundan daha çox hər iki dövlət rəsmiləri arasında təmas quran,  hərəkətverici  mexanizm kimi nisbətən ümidverici   olan Brüssel formatını diqqətə çatdıran Prezident İlham Əliyev bu  formatlar arasındakı fərqi  obyektiv baxışları ilə izah edib. «Minsk qrupu ilə bu formatın fərqi ondan ibarətdir ki, Minsk qrupunda üzvün biri Fransa idi, bu gün Fransa artıq prosesdə yoxdur. Ancaq Avropa İttifaqı rəsmi vasitəçi olmasa da, mən onu müəyyən təzyiqləri azaldan, iki liderin bir-biri ilə danışıqlar aparmasına və mövqelərini daha yaxşı başa düşmələrinə imkan verən amil adlandırardım. Minsk qrupuna gəldikdə, demək istəyirəm ki, onun fəaliyyətsizliyini mən yox, onlar özləri etdilər.» Çünki Azərbaycanın zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra «Madrid prinsipləri»” adlandırılan sənədin bir çox müddəaları  həll edilib. Geosiyasi toqquşma nəticəsində Minsk qrupunun  fəaliyyətinə son qoyuldu. «Bu gün Minsk qrupunun yenidən canlandırılması qəbuledilməzdir və biz bunu qəbul etməyəcəyik. Bu qırılmış vazanı yenidən bir yerə gətirmək üçün bu gün müəyyən fikirlər, danışıqlar var. Amma bu, praktiki cəhətdən də mümkün deyil. Eyni zamanda, Azərbaycan buna razı olmayacaqdır. Çünki bizim onların fəaliyyəti ilə bağlı o qədər də xoş xatirələrimiz yoxdur..»  Çünki həmsədrlər de-fakto bir-biri ilə müharibədədir, yəni onların ikisi digərinə qarşı bir yerdədirlər. Fransa burada bütün imkanlardan məhrum edilib. Onlar nəinki vasitəçi,  Azərbaycanın razılığı olmadan  Cənubi Qafqazda belə  mövcud ola bilməzlər. Rəsmi İrəvan  Minsk qrupunu hələ də fəaliyyətdə saxlamaq istəyirsə, bu o deməkdir ki, Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddiası var və bu, çox ciddi bir faktordur. Bu, bir testdir, bu, bir göstəricidir. Onlar bəyanatlarında bəzən bir şey deyirlər, əməldə isə tam fərqli hərəkət edirlər.  Kimsə bizim maraqlarımızı görməzdən gəlməyə çalışsa, əlbəttə ki, onlar yanılacaqlar və uğursuzluğa düçar olacaqlar» sözləri   dörd saata yaxın davam edən Şuşa Media  Forumunda dövlət başçımıza ünvanlanan   çoxsaylı suallara Azərbaycanın maraqları, dövlətçilik mənafeyi baxımından verilən cavabdır.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button