Gündəm

Sumqayıtda arvad ərini öldürüb təslim oldu

Sumqayıt şəhərinin Corat Qəsəbəsində arvad ərini öldürüb.

Aktualinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, araşdırmalarla 34 yaşlı Əfsanə Məmmədovanın yaşadıqları evdə bıçaqla əri Ağahüseyn İmanova xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ə.Məmmədova hadisədən sonra könüllü təslim olub.

İbtidai istintaq davam etdirilir.

Oxşar Xəbərlər

Back to top button