AnalitikaGündəm

Şəhidlərin qəhrəmanlığı unudulmazdır

Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Tarixi Zəfərlə sonlanan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz düşməni darmadağın edərək bütün torpaqlarımızı, o cümlədən 17 oktyabr 2020-ci ildə Füzuli şəhərini də işğaldan azad edilmişdir. Məlum olduğu kimi, Prezident  İlham Əliyev cari ilin oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Ölkə başçısı görüşdə çıxış edərək Füzuli şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümü münasibəti ilə sakinləri təbrik edib. Cənab Prezident bildirib ki, füzulililərin gənc nəslinin də doğma torpağına köçməyinə qərar verməsi doğurdan da böyük hadisədir. Çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Bu xalqımızın böyüklüyünü göstərir və eyni zamanda doğma diyarımıza nə qədər bağlı olmağımızın bariz nümunəsidir. Dövlətimizin başçısı çıxışı zamanı məlumat verib ki, hazırda Füzulidə 800-dən çox insan yaşayır və ilin sonuna qədər bu rəqəm təxminən 2000-ə yaxın olacaq. Böyük Qayıdış proqramının birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Cənab Prezident onu da  qeyd edib ki, bu ən minimal göstəricidir. “Mən əminəm ki, bundan daha böyük sayda insanlar məskunlaşacaq, çünki birincisi bizim buna gücümüz çatır, iradəmiz var, Böyük Qayıdış proqramı qəbul olunub, uğurla icra edilir, artıqlaması ilə icra edilir və əsas amil odur ki, bizim keçmiş köçkünlər səbirsizliklə o günləri gözləyirlər.” Qələbəmizin qazanılmasında böyük fədakarlıq göstərərək şəhadət zirvəsinə yüksəlmiş əziz şəhidlərimizin xatirəsinə dərin ehtiramını ifadə edən ölkə başçısı bildirdi ki, onların qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir. Bu günə görə biz onlara borcluyuq. Şəhidlərin qəhrəmanlığı unudulmazdır. Bu həqiqətdir, dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırsa da Qələbəni əldə edən əsgərdir, zabitdir. Belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur. Şəhidlərimiz canlarını fəda edərək tarixi Zəfər çalıblar. Prezident cənab İlham Əliyev xüsusi olaraq vurğulayıb ki, biz işğal dövründə elə gənc nəsil yetişdirdik ki, onlar Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdilər. Gənc nəsil vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq. Gənc nəsil də bunu bilməlidir. Bu gün məktəbdə oxuyan uşaqlar da bunu bilməlidir. Bilməlidir ki, bizim xalqımız hansı çətin sınaqlardan çıxıb, əyilməyib, sınmayıb, özünə inanıb, ordusuna inanıb.

Bəhruz Rüstəmov,
YAP-ın  fəalı

Oxşar Xəbərlər

Back to top button