
Hər bir xalqın tarixi onun milli kimliyinin, dövlətçilikiradəsinin və sarsılmaz ruhunun sınaq meydanıdır. Azərbaycan xalqı əsrlər boyu dövlətçilik ənənələrinigöz bəbəyi kimi qorumuş, hər bir tarixi sınaqdanalnıaçıq, üzüağ çıxaraq öz müstəqillik ideallarına sadiqqalmışdır. Bu gün fəxrlə qeyd etdiyimiz 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü, məhz bu milli gücün, sarsılmaz iradəmizin vəAzərbaycan Türkünün qanında daşıdığı qəhrəmanlıqgeninin, rəşadətin ən ali təntənəsidir.
Dövlət quruculuğumuzun və milli təhlükəsizliyimizinəsas zəmanəti güclü, nizam-intizamlı və modern birordunun mövcudluğudur. Əsası 1918-ci ildə Şərqin ilkdemokratik respublikası olan Azərbaycan XalqCümhuriyyəti dövründə qoyulan, lakin ÜmummilliLiderimiz Heydər Əliyevin uzaqgörən siyasəti, hərbitəhsil islahatları və müdrik strateji addımları iləyenidən formalaşaraq polad təməllər üzərində qurulanordumuz, bu gün nəinki regionun, dünyanın ən qüdrətlivə döyüş qabiliyyətli hərbi qüvvələrindən birinəçevrilmişdir. Bu tarixi inkişaf və sarsılmaz güc təsadüfideyildir; bu, dövlətimizin düşünülmüş, qətiyyətli, müstəqil və sırf milli maraqlara söykənən daxili vəxarici siyasətinin məntiqi nəticəsidir.
Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrimizin AliBaş Komandanı Cənab İlham Əliyevin rəhbərliyialtında son iyirmi ildə həyata keçirilən sistemli stratejiislahatlar, ordumuzun ən müasir hərbi-texnolojinailiyyətlərlə modernləşdirilməsi və yerli hərbisənayemizin gücləndirilməsi Azərbaycanı qlobalmiqyasda söz sahibi olan bir dövlətə çevirdi. XüsusiləVətən müharibəsindən sonra yaradılan və ən çətinrelyeflərdə belə düşmənə göz açdırmayan “Komando” briqadaları ordumuzun hərbi doktrinasını tamamiləyeni mərhələyə daşımışdır.
Cənab Prezidentimizin həm diplomatik masadanümayiş etdirdiyi dəmir iradə, həm də informasiyamüharibəsində xalqımızın haqq səsini dünyayaçatdıran sarsılmaz qətiyyəti, sərkərdəlik məharəti iləbirləşərək xalq-ordu-rəhbər birliyini “Dəmir Yumruq” halında təsbit etdi. Məhz bu monolit birlik bizətariximizin ən böyük zəfərlərini yaşatdı. 44 günlükVətən Müharibəsi və cəmi 23 saat ərzində uğurlatamamlanan lokal antiterror tədbirləri dövlətimizinbaşçısının strateji zəkası sayəsində dünya hərb tarixinəqızıl hərflərlə yazılan şanlı bir hərbi salnamə oldu.
Azərbaycan Türkünün döyüşkən ruhu, sarsılmaz vətənsevgisi və əyilməz qəddi bu müqəddəs mübarizədəbütün dünyaya bir daha nümayiş etdirildi. Biz Şahİsmayıl Xətainin sərkərdəlik ruhu, Cavad xanınrəşadəti, Mübarizlərin və fədakar şəhidlərimizinqəhrəmanlıq dastanları ilə böyüyən, torpağının hərqarışını canından əziz bilən ulu bir millətinövladlarıyıq. Səngərdə aslan kimi çarpışan əsgərimizinfədakarlığı, Azərbaycan Türkünün tarixi ədaləti bərpaetmək qüdrətinin və heç bir xarici təzyiqə, heç birqüvvəyə baş əyməyəcəyinin əbədi rəmzidir. Şuşada, Xankəndidə, Xocalıda, Laçında və azad edilmiş bütüntarixi torpaqlarımızda vüqarla dalğalanan üçrənglimüqəddəs bayrağımız bu gücün şahididir.
Bu böyük Zəfər, eyni zamanda, bütün Türk dünyasınınbirliyinin, qardaşlığının və sarsılmaz gücünün əyanisübutudur. Şuşa Bəyannaməsi ilə müttəfiqlik zirvəsinəucalan Azərbaycan-Türkiyə qardaşlığı və TürkDövlətləri Təşkilatı çərçivəsində dərinləşən inteqrasiyaprosesləri göstərir ki, Azərbaycan Silahlı Qüvvələrininəldə etdiyi bu tarixi qələbə Türk dünyasını geosiyasiməkanda yenidən birləşdirmiş və gələcək Türkbirliyinin sarsılmaz təməl daşına çevrilmişdir.
Bu gün artıq başıuca, müzəffər və qalib bir xalq olaraqhər birimizin, xüsusən də biz gənclərin üzərinə düşənən böyük vətəndaşlıq borcu Ali Baş Komandanımızınətrafında polad bir yumruq kimi sıx birləşməkdir. Qazandığımız bu tarixi və möhtəşəm qələbələri gözbəbəyimiz kimi qorumalı, dövlətimizin qüdrətinirəqəmsal innovasiyalarda, elmdə, təhsildə, ideolojicəbhədə və azad olunmuş torpaqlarımızın böyükquruculuq işlərində daha da ucaltmalıyıq. Biz, uluəcdadlarımızın tarixi yurdu olan Qərbi Azərbaycanaqayıdış məfkurəsini də məhz bu intellektual və milligüclə reallığa çevirəcəyik. Biz, Azərbaycan xalqı vəonun ön sıralarında addımlayan gəncliyi olaraq güclüdövlətimizlə, rəşadətli ordumuzla və qətiyyətlirəhbərimizlə sonsuz dərəcədə fəxr edirik!
Bu müqəddəs bayram günündə, canlarını Vətən vədövlət naminə fəda etmiş əziz şəhidlərimizi dərinrəhmət və ehtiramla yad edir, qazilərimizə ucaTanrıdan şəfalar diləyirəm. Sərhədlərimizin keşiyindəmərdliklə dayanan, xalqımıza qələbə sevinci və milliqürur bəxş edən şanlı, rəşadətli Azərbaycan Ordusununhər bir üzvünü ürəkdən təbrik edirəm!
Dövlətimiz uca, ordumuz müzəffər, birliyimiz əbədiolsun! Silahlı Qüvvələr Günümüz mübarək!
Elgün Rüstəmli,
YAP Yasamal rayon təşkilatının gənc fəalı



