AnalitikaGündəm

Rusiya Azərbaycan münasibəti yüksələn xətlə inkişaf edir

İki il əvvəl Ukraynaya qarşı müharibəyə başladıqdan sonra, Rusiya Prezidenti Vladimir Putin ilk dəfədir ki, Azərbaycana səfər etdi. Bu səfər ölkəsində müharibə getdiyi bir vaxta təsadüf edirdi. O, Azərbaycanla müttəfiqlik razılaşmasını ordusu Ukrayna torpaqlarına girdiyi günlərdə imzalayıb. Azərbaycan Ukrayna və Qərblə yaxşı münasibətləri saxlasa da, Putinə də heç zaman arxa çevirməyib. Bu dövlət səfəri həm də Rusiya lideri üçün bir fürsət idi ki, yanında olanların az olmadığını dünyaya nümayiş etdirsin. Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev bu görüşün “xüsusi xarakter daşıdığını” vurğulayıb.

Bakıda rəsmi səfərdə olan Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə Ermənistan-Azərbaycan sərhədinin “demarkasiyasına kömək” təklif edib. İki ölkə lideri Azərbaycan-Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsindən də danışıb. Putin bildirib ki, əgər onlar Azərbaycan və Ermənistanla sülh sazişinin imzalanmasına, sərhədlərin müəyyənləşdirilməsinə nail olsalar, “buna çox şad” olarlar.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana ikigünlük dövlət səfəri xüsusi əhəmiyyət daşıyırdı. Səfər çərçivəsində Rusiya dövlət başçısının Prezident İlham Əliyevlə görüşü, mətbuata birgə bəyanatlar, qəbul edilən sənədlər iki ölkə arasında münasibətlərin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir. Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edərək bildirib ki, Rusiya Federasiyasının Prezidentinin Azərbaycanda dövlət səfəri xüsusi xarakter daşıyır. Bu dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malik olduğunu, dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verdiyini bildirib.

Dövlətlərarası münasibətlərin geniş spektrini ətraflı müzakirə edən dövlət başçıları humanitar əməkdaşlıq, təhsil, mədəniyyət, energetika, regional təhlükəsiz və digər sahələrin inkişafı istiqamətində mühüm qərarlar qəbul ediblər. Görüş zamanı, həmçinin hər iki tərəfi narahat edən məsələlər, məhz Xəzərdə ekoloji vəziyyət, onun fəlakətli dayazlaşması üzrə fikir mübadiləsi də aparılmışdır.

Azərbaycanın COP29 iqlim konfransında ev sahibi qismində namizədliyini dəstəklədiyinə görə Vladimir Vladimiroviçə və Rusiya tərəfinə təşəkkürünü bildirən ölkə başçısı qeyd etmişdir ki, Rusiyanın dəstəyi müstəsna dərəcədə mühümdür və biz hazırda ikitərəfli formatda da bu iqlim konfransına hazırlıqla bağlı məsələlər üzərində işləyirik.

Rusiya Prezidenti öz növbəsində, Azərbaycan Respublikasına dövlət səfərinə dəvətə görə İlham Heydər oğluna bir daha təşəkkür edərək ,qonaqpərvər Azərbaycan torpağında olmaq, inkişaf edən Bakının mənzərələrini seyr etmək onun üçün çox xoş olduğunu bildirdi. Həmçinin, Rusiyanın Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verdiyini, bu münasibətlərin əsasını bərabərlik, bir-birinin maraqlarını nəzərə almaq və əlbəttə, əsrlər boyu xalqlarımızı birləşdirən sıx insani və mədəni bağlar təşkil etdiyini çıxışında qeyd etdi.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri avqustun 19-da başa çatıb. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Quliyeva Aidə,
Xəzər rayonu, 262 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button